"Qarabağ"ın yeni transferi Dino Ndlovu Topaz Premyer Liqanın 4-cü turunda AZAL-la oyundan (6:0) sonra Qol.az-ın suallarını cavablandırıb
- Oyun barədə fikirlərinizi bilmək istərdik.
- Asan qələbə qazandıq. İlk hissədə vurduğumuz 3 qol, oyunun taleyini həll etdi. AZAL-a hörmətlə yanaşırıq, amma biz bu gün daha güclü idik.
- 6 qol vurulsa da, sən fərqlənə bilmədin.
- Əsas odur ki, 3 xal bizim oldr. Növbəti matçlar da fərqlənməyə çalışacam.
- Komandaya uyğunlaşmısan?
- Mənim üçün adaptasiya olmaq çətin deyil. Düzdür, qol vurmamışam. Amma komandaya uyğunlaşmışam. Növbəti görüşlərdə qol vuracağıma inanıram.
- “Slovan”la matç haqda nə düşünürsən?
- “Slovan”la matç bu oyundan fərqli olacaq. Avropa Liqasında uğurlu çıxış etmək istəyirik. Evdə mütləq qələbə qazanmalıyıq.
- “Slovan”ın məşqçisi bildirdi ki, hər iki oyunda “Qarabağ”ı məğlub edə bilərik...
- Bu məni maraqlandırmır. Biz evdə oynayırıq və qələbə qazanmalıyıq. Azarkeşlərimizin önündə yalnız qələbə bizi qane edir. “Qarabağ”ın “Viktoriya” ilə oyununu izləmişdim. Sadəcə, bəxtimiz gətirməmişdi. “Slovan”ı məğlub edəcəyimizə inanıram.
- “Slovan”ı “Qarabağ”la eyni səviyyəli komanda hesab etmək olar?
- Qətiyyən! Biz “Slovan”dan güclü komandayıq və bunu meydanda sübut edəcəyik
Məftun MAHİROĞLU
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç