İdmançılarımızın tarix yazdığı, komandamızın Braziliyanın Rio şəhərində iki həftə ərzində əvvəldən axıra qədər əsl əzmkarlıq nümunəsi göstərdiyi, finiş xəttini 18 medalla 39-cu pillədə geridə qoyduğu 31-ci Yay Olimpiya Oyunları artıq başa çatıb. Bir neçə gün əvvəl yekunlaşan planetin ən ali idman yarışında idmançılarımız qazandığı nailiyyətlərlə Olimpiada rekordumuzu yenilədilər.
Rioda qazandığımız müvəffəqiyyətlər, boksçularımızın çıxışları və bizi maraqlandıran bəzi suallarla bağlı peşəkar boks üzrə dünya çempionu, “Qəbələ” İdman Klubunun boks bölməsinin rəhbəri, Olimpiadada ölkəmizi təmsil edən nümayəndə heyətimizin üzvlərindən olan Fariz Məmmədovla həmsöhbət olduq. Müsahibimiz suallarımızı səmimi cavablandırdı.
- Fariz müəllim, ilk növbədə sizi qazandığımız uğurlar münasibəti ilə təbrik edirik. İdmançılarımızın Olimpiadada qazandığı nəticələr sizi qane etdimi?
- Çox sağolun, mən də öz növbəmdə sizi və bütün xalqımızı təbrik edirəm. Əlbəttə, birmənalı şəkildə deyə bilərəm ki, çox razı qaldım. Bu cür böyük idman yarışında 18 medal qazanmaq heç də asan deyil. Qazandığımız nəticə təkcə idmançılarımızın yox, bütün xalqımızın qələbəsidir.
- Bir mütəxəssis kimi boksçularımızın çıxışları haqda nə deyə bilərsiniz?
- Təbii ki, ancaq müsbət rəy söyləyə bilərəm. “Qəbələ” idman klubunun yetirmələri Kamran Şahsuvarlı və Lorenso Sotomayor bizi çox sevindirdilər. Fürsətdən istifadə edib hər ikisini bir daha təbrik edirəm. Həm Kamran, həm Sotomayor ikisi də gənc idmançıdırlar. Onların hər birinə gələcəkdə daha böyük uğurlar arzulayıram, hər ikisi Olimpiya çempionu olmağa qadirdirlər və inanıram ki, buna nail olacaqlar. 
- İdmançılarımızın hakim haqsızlığı ilə üzləşdiyi məqamlar oldumu?
- Bəli, bir neçə dəfə oldu. Adətən böyük yarışlarda hakim haqsızlıqları olur. Amma bəlkə də həmin haqsızlıqlar bizim səhv qiymətləndirdiyimiz epizodlardır. Hər halda bunu böyütməyə ehtiyac yoxdur. Əsas odur ki, nəticələr əla oldu.
- Yəqin ki, ispan dilindən tərcümədə mənası “yanvar çayı” olan Rio şəhərində ilk dəfə olurdunuz.
- Bəli, indiyə kimi bir çox ölkələrdə olmuşam, amma Braziliyaya ilk dəfə idi ki, gedirdim. Rio çox gözəl və maraqlı şəhərdir. İki həftə ərzində bacardığım qədər şəhəri gəzməyə çalışdım. Təəssüratlarım əla oldu.
- Bəs, Rioda hansısa maraqlı hadisə ilə qarşılaşdınızmı? Bizimlə bölüşmək istədiyiniz bir xatirəniz oldumu?
- Əminəm ki, oldu. İlk dəfə tanımadığın bir şəhərə gedib, iki həftə qalıb, oradan xoş xatirəsiz ayrılmaq mümkün deyil (gülür). Amma həmin vaxtlarda bütün diqqətimizi idmançılarımızın çıxışlarına yönəltdiyimizə görə belə şeylərə elə də fikir vermirdim. Digər bir tərəfdən isə ən böyük xatirəmiz şübhəsiz ki, qazandığımız 18 medal oldu.
- Bir qədər də rəhbəri olduğunuz “Qəbələ” boks bölməsi haqda danışaq...
- “Qəbələ” boks bölməsinin əsası 2013-cü ildə qoyulub və həmin vaxtdan etibarən bu bölməyə mən rəhbərlik edirəm. Üç ildir ki, klubumuzun yetirmələri müxtəlif beynəlxalq turnirlərdə yer tutmaqla bizi sevindirirlər. Artıq yüzlərlə yeniyetmə və gənc Avropa rinqlərində “Qəbələ”ni layiqincə təmsil edir. Bu, çox sevindiricidir. Elə bayaq da qeyd etdiyim kimi Olimpiya Oyunlarında mükafatçı olan hər iki boksçu - Kamran Şahsuvarlı və Lorenso Sotomayor bizim klubu təmsil edir. Onların qazandığı nailiyyətlər şəxsən mənim üçün iki qat qürurvericidir. Bunun üçün isə ilk növbədə federasiyamızın prezidenti Kəmaləddin Heydərova təşəkkür etməliyik. 
- Gələcək planlarınız haqqında da oxucularımıza məlumat verərdiniz.
- Əlbəttə, idman elə bir sahədir ki, burada həmişə çalışmaq lazımdı. Yaxın gələcəkdə yarışlar olmasa belə müntəzəm olaraq məşq prosesini davam etdirmək vacibdir. Ən böyük məqsədimiz gələn il ölkəmizin ev sahibliyi edəcəyi IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı layiqincə təmsil etməkdir.
- Sonda nəyi qeyd etmək istərdiniz?
- Nəzərinizə çatdırım ki, “Qəbələ” idmançıları təkcə boksda yox bütün idman növlərində layiqli şəkildə mübarizə aparır, əzmkarlıqla qələbə uğrunda çalışır. Eləcə də futbolda. “Qəbələ” futbol komandasnın qazandığı uğur münasibəti ilə bütün azarkeşləri təbrik edirəm. Bu uğurlara görə klub rəhbəri Tale Heydərova təşəkkür etməliyik. Və son olaraq idman jurnalistlərimizə dərin minnətdarlığımı bildirirəm ki, bizim qələbələrimizi, uğurlarımızı işıqlandıraraq xalqımıza çatdırırlar.
Kənan NOVRUZOV
DÇ-2026: Günün oyunları
"Tottenhem"in oyunçusu Argentina millisində
Mourinyo rəsmən “Real”da!
DÇ-2026-dan əvvəl Şakira şou - Şəkillər
Mundialın açılış matçının heyətləri açıqlandı
İsa Sulimanın millisi çempion oldu
Kapitan "Liverpul"u tərk edə bilər
Bölgə təmsilçisi qapıçısı ilə anlaşdı
İspaniya klubu yeni baş məşqçisini açıqladı
İki futbolçu millinin heyətindən çıxarıldı - DÇ-2026
Qurban Qurbanov onun arzusunu həyata keçirdi - Şəkillər
"Sabah" Fransa klubundan futbolçu transfer etdi
Amin Seydiyevin yeni klubu
Premyer Liqada mövsümün ən yaxşı oyunu seçildi
DÇ-2026-da həm tarixə düşəcək, həm karyerasını bitirəcək
Millinin rəqibləri bilindi
ABŞ-a buraxılmayan hakimə - UEFA-dan böyük etimad
"Qarabağ" rəhbərliyi Qurban Qurbanovla nəyi müzakirə edib?
"Sumqayıt"dan "Şamaxı"ya - Rəsmi
"Seltik" 74 yaşlı baş məşqçisi ilə müqaviləni uzatdı
"Şəfa" yeni loqosunu təqdim etdi - Şəkil
Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
Kasilyas infarkta görə "Portu"nu məhkəməyə verib
Xəyal Əliyev əməliyyat olundu
FİFA reytinqi açıqlandı, Azərbaycan mövqe itirdi
"Qarabağ"da üç futbolçunun son durumu
DÇ-2026-nın ən çox qazanan futbolçuları kimlərdir? - TOP-10
"Barselona" 18 yaşlı hücumçunu transfer etdi
Daha 3 il "Qarabağ"da - Rəsmi
Roma Papası azarkeş və möminlərə müraciət etdi
Türkiyə millisinin düşərgəsindən yeni xəbər
Mahir Emrelinin növbəti ünvanı - Azərbaycan, yoxsa?..
Mükafat məsələsində razılığa gəldilər
"Bayer" yeni transferini açıqladı
"Zirə" beş futbolçu ilə müqaviləni uzatdı
Samir Ələkbərov bu klubun baş məşqçisi oldu
ABŞ-a buraxılmadı, ölkəsində qəhrəman oldu - Video
Superliqa klubunda yeni baş məşqçi
Tevesi Sampaoli əvəzlədi - Rəsmi
La Liqa klubu baş məşqçisi ilə müqavilə imzaladı
“Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək