U-17 Avropa çempionatlarının yeni rekordu

U-17 Avropa çempionatlarının yeni rekordu
GÜNDƏM 6 May 2016 / 01:48 7596
-  A +

17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Bakıda təşkil olunan Avropa çempionatının ilk oyun günündə keçirilən Azərbaycan – Portuqaliya qarşılaşmasında U-17 Avropa çempionatları tarixinin yeni rekordu qeydə alınıb.
 
Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı Olimpiya Stadionunda keçirilmiş oyunu 33 min azarkeş izləyib.

Qeyd edək ki, indiyə qədər turnirdə ən çox azarkeş 2009-cu ildə Maqdeburq şəhərində Almaniya və Hollandiya yığma komandaları arasında keçirilmiş final oyununda qeydə alınıb – 24 min nəfər.

Daha çox


Son xəbərlər