"Əlbəttə, bu oyunu məşq saymaq olmaz. Bütün komandalara hörmətlə yanaşırıq. Azərbaycanı da güclü rəqib sayırdıq. Futbolçularımız oyuna ciddi hazırlaşmışdı. İlk dəqiqələrdə vurduğumuz qol işimizi rahatlaşdırdı".
Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Helio Souza millimizə 5:0 hesabı ilə qalib gəldikləri Avropa çempionatının A qrupunun ilk tur matçından sonra deyib. O bildirib ki, əvvəllər komandası bu qədər insanın qarşısında meydana çıxmadığından, fərqli atmosferdə çıxış ediblər.
H.Souza 5 qolla qalib gəlmələrinə baxmayaraq, bütün rəqiblərə hörmətlə yanaşdıqlarını vurğulayıb:
"Ötənilki Avropa çempionatında uğurlu nəticə qazana bilməmişdik. Çünki finaldan kənarda qaldıq. Bu səbəbdən Bakıdakı çempionata ciddi hazırlaşmışıq. Hədəfimiz hələ ki, növbəti oyunu da udmaq və qarşıdakı oyunlara hazırlaşmaqdır".
O bildirib ki, start heyətində 10 nömrəli futbolçu Pilağa Mehdiyevin başlayacağını gözləyiblər. Amma gözləntilərinin əksinə, Mehdiyev fasilədən sonra meydana daxil olub. H.Souza azərbaycanlı həmkarı Təbriz Həsənova heç bir məsləhət verə bilməyəcəyini söyləyib. O, bunu ölkəsinin futbol federasiyasındakı strukturla əlaqələndirib:
"Mən sizin ölkənizdəki strukturu bilmirəm. Ona görə məsləhət verməyim düzgün olmazdı". Baş məşqçi Şotlandiya ilə növbəti qarşılaşmaya ciddi hazırlaşacaqlarını da açıqlayıb.
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi