Bakı Olimpiya Stadionunda 17 yaşadək futbolçular arasında Avropa çempionatının Açılış Mərasimi keçirilib.
Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və nəvələri də iştirak ediblər.
Təntənəli mərasim milli geyimli oğlan və qızların ifasında rəqslə başlayıb.
Rəqsləri meydanın müxtəlif tərəflərində topla müxtəlif hərəkətləri yerinə yetirən janqlyorlar müşayiət ediblər. Onları çempionatın 16 iştirakçı komandasının bölündüyü 4 qrupdakı ölkələrin bayraqları əhatə edib. Rəqqaslar isə "Natiq" ritm qrupunun ifasında və "Sarı gəlin" xalq mahnısı altında rəqs ediblər.
Daha sonra Röya Ayxan və Miri Yusif çempionatın rəsmi himnini canlı səsləndiriblər.
Bununla da Açılış Mərasimi başa çatıb.
Mərasimin ardından Azərbaycan və Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət yığmaları meydana daxil olublar.
Qeyd edək ki, qitə turnirinin final mərhələsində 4 qrupda 16 komanda mübarizə aparır. Qrup oyunları mayın 12-dək davam edəcək. 14-15 mayda 1/4 final, 18 mayda isə yarımfinal oyunları keçiriləcək. Turnirin final qarşılaşması mayın 21-də keçiriləcək.
Avropa çempionatının A qrupunda Azərbaycan, Belçika, Portuqaliya, Şotlandiya, B qrupunda Avstriya, Almaniya, Ukrayna, Bosniya və Hersoqovina, C qrupunda Danimarka, İngiltərə, Fransa, İsveç, D qrupunda isə İtaliya, Hollandiya, Serbiya və İspaniya komandaları yer alıb.
Oyunlar Bakı Olimpiya Stadionu, "Bakcell Arena", "Azərsun Arena" və "Dalğa Arena"da keçirilir.
“Marsel”dən darmadağın
Qadın güləşçilərimizdən 2 medal
Ezri Konza rəsmən "Arsenal"da
Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı
Avropa çempionatı: Azərbaycan boksçusu gümüş medal qazandı
Azərbaycan millisi Andorra ilə qarşılaşacaq
"Barselona" De Yonqa qiymət qoydu
FİFA-dan Argentina millisinə və Paredesə sərt cəza
"Qarabağ" və "Sabah"dan qələbə
"Tottenhem"in sabiq futboolçusu vəfat etdi
Misli Premyer Liqasında 2-ci turun hakimləri açıqlandı
Amit Quluzadə yenidən bu klubun baş məşqçisi oldu
Van-Bissaka "Vest Hem"ə keçdi
"Sabah" - "Hapoel" matçına nə qədər bilet satılıb?
"Yuventus" Artur Melo ilə müqaviləyə xitam verdi
Azərbaycan bu mövsüm Avropada qələbə sayına görə liderdir
99 milyona "Mançester Siti"dən "Tottenhem"ə keçir
Milli komandada yeni baş məşqçi
Azərbaycan boksçusu Avropa çempionatının finalında
Azərbaycan klublarından UEFA reytinqində rekord
Belarus millisi ev oyunlarını niyə Azərbaycanda keçirmədi?
Kadidən Konfrans Liqası rekordu
"Zirə"nin futbolçusu Kamboca klubuna keçdi - Rəsmi
Qurban Qurbanov bunu edə bilərdi və etdi də! - Bizim şərh…
"Qarabağ" "Tvente"yə belə qalib gəldi - Video
"Malmö" Salifu Sumanı icarəyə göndərdi
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Rusiyanın ən bahalı ikinci futbolçusu
Konfrans Liqası: Pley-offun ilk oyunlarına yekun vuruldu
“Qarabağ”a məğlubiyyətin səbəbini izah edə bilmədi
Avropa Liqası: Gecənin nəticələri
Mahir Emreli Konfrans Liqasında yenə qol vurdu - Yenilənib
Qurban Qurbanovdan qələbə şərhi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət