"Qəbələ"nin kapitanı Rəşad Sadiqovun müsahibəsi
- Cəzalı olduğundan, komandana "Neftçi" ilə yarımfinal mərhələsinin cavab matçında kömək edə bilməyəcəksən. Səncə, "Qəbələ"yə kapitansız nə dərəcədə çətin olacaq? Ümumiyyətlə, finala çıxma şansınızı necə dəyərləndirərdin?
- Hər iki komandanın finala çıxma şansı var. Səfərdən yaxşı nəticə - 1:1 hesablı bərabərliklə qayıtmışıq. Qalib gələ də bilərdik, ancaq alınmadı. Oyunda iştirak etməməyim, ilk növbədə, özümə çətin olacaq. Kənardan matçı izləmək doğrudan da çox pis, acınacaqlıdır. Adam çox həyəcanlı olur, oyunda olanda isə rahat olursan. Futbolçularla söhbətim olub. Çalışacaqlar ki, yerim oyunda bilinməsin. Meydanda yoxuğumunun hiss olunmaması və komandamızın finala çıxması üçün əllərindən gələni edəcəklər.
- "Neftçi" ilə 1 həftədə ardıcıl 3-cü oyunu keçirmək komandaya necə təsir göstərə bilər?
- "Neftçi" Qəbələdəki çempionat matçında 2-3 əsas futbolçusunu ehtiyatda saxlasa da, pis oynamadı. Bu komanda da finala layiqdir. Evdə oynadığımızdan, nəyin bahasına olursa-olsun, qələbə qazanmağa çalışmalıyıq. Bir həftədə eyni komanda ilə 3 dəfə oynamaq doğrudan da çox çətindir. Ancaq hər iki komandaya çətin olmalıdır. "Neftçi" də bizimlə 3 dəfə görüşəcəyindən, bunu heç bir tərəf üçün bəhanə gətirmək olmaz. Qələbə qazanmağa çalışacağıq ki, gülən, sevinən tərəf biz olaq. Cari mövsümü titulsuz başa vurmaq istəmirik.
- AFFA İntizam Komitəsi "Neftçi" ilə kubok oyununuzu müzakirə edərək baş hakim Əliyar Ağayevin iki qərarını ləğv etdi. Bunlardan biri komanda yoldaşın Aleksey Qaya göstərilən sarı vərəqənin ləğvidir. Sən özünə göstərilən ikinci sarı vərəqənin ləğvini gözləyirdin?
- Çox istərdim ki, mənim də vərəqəm, ikinci "sarım" ləğv olunsun və komandama kömək edim. Ancaq buna baxmayaraq, heç nə edə bilmərəm. Yəqin ki, həmin epizoda baxıblar, sarı vərəqəni ləğv etməyiblər.
- O fikirdə qalırsan ki, sənə ikinci "sarı"nı verməmək olardı?
- Ola bilərdi ki, verməsin. Bu, hakimin özü ilə bağlı qərardır. Sarı vərəqə verə də bilərdi, verməyə də. Yəni 50-nin 50-yə. Mən də çox etiraz etməyərək meydandan çıxdım.
- Hər halda, baş hakimin aşkar səhvləri sübuta yetirildi və komandanıza haqsızlıq olduğu təsdiqləndi...
- Biz daha çox verilməyən penaltiyə görə əsəbiləşmişdik. Ona görə bir az sinirlərimiz yerində deyildi. Qırmızı vərəqəm ləğv olunsaydı, bu, həm özüm, həm də komandamız üçün çox xoş olardı. "Qəbələ"yə cavab matçında da kömək etmək üçün əlimdən gələni edəcəkdim. Ancaq alınmadı. Komandaya minnətdar olacağam ki, yerimi bildirməsin və qələbə qazanaraq finala adlayaq.
- "Qəbələ"də ilk qolunu elə kubok qarşılaşmasında vursan da, çempionatda yalnız ötən tur fərqlənə bildin. Rəşad Sadiqov 15 aylıq suqluğununu bəxtsizliklə əlaqələndirərdi, yoxsa?
- Doğrudan da "Qəbələ"də ilk qolumu uzun müddət gözləməli oldum. Vaxt getdikcə insan da əsəbi, stressdə olur. Öz-özünə hirslənir ki, qol vura bilmirsən, qol olmur, nə qədər belə olar. Karyeramda belə uzun müddətlik qolsuzluq olmamışdı. Sonuncu qolumu "Neftçi"də AZAL-a 1:2 hesabı ilə uduzduğumuz oyunda vurduğum yadımdadır. Açığı, "Qəbələ"də qol vurmaq üçün həddən artıq imkanlarım olmuşdu. Avrokuboklarda da, Tiflis "Dinamo"su ilə Qəbələdəki oyunda da belə fürsətim oldu. Ya dirəyə dəyirdi, ya qapıçılar qaytarırdı, ya da futbolçular topu boş qapıdan çıxardırdılar. Mənə elə gəlir ki, bu, bəxtsizliklə əlaqədardır. İnanıram ki, tilsim qırılar, qollarımı sıralamaqla komandama xeyir verərəm.
Mənbə: sportnet.az
“Marsel”dən darmadağın
Qadın güləşçilərimizdən 2 medal
Ezri Konza rəsmən "Arsenal"da
Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı
Avropa çempionatı: Azərbaycan boksçusu gümüş medal qazandı
Azərbaycan millisi Andorra ilə qarşılaşacaq
"Barselona" De Yonqa qiymət qoydu
FİFA-dan Argentina millisinə və Paredesə sərt cəza
"Qarabağ" və "Sabah"dan qələbə
"Tottenhem"in sabiq futboolçusu vəfat etdi
Misli Premyer Liqasında 2-ci turun hakimləri açıqlandı
Amit Quluzadə yenidən bu klubun baş məşqçisi oldu
Van-Bissaka "Vest Hem"ə keçdi
"Sabah" - "Hapoel" matçına nə qədər bilet satılıb?
"Yuventus" Artur Melo ilə müqaviləyə xitam verdi
Azərbaycan bu mövsüm Avropada qələbə sayına görə liderdir
99 milyona "Mançester Siti"dən "Tottenhem"ə keçir
Milli komandada yeni baş məşqçi
Azərbaycan boksçusu Avropa çempionatının finalında
Azərbaycan klublarından UEFA reytinqində rekord
Belarus millisi ev oyunlarını niyə Azərbaycanda keçirmədi?
Kadidən Konfrans Liqası rekordu
"Zirə"nin futbolçusu Kamboca klubuna keçdi - Rəsmi
Qurban Qurbanov bunu edə bilərdi və etdi də! - Bizim şərh…
"Qarabağ" "Tvente"yə belə qalib gəldi - Video
"Malmö" Salifu Sumanı icarəyə göndərdi
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Rusiyanın ən bahalı ikinci futbolçusu
Konfrans Liqası: Pley-offun ilk oyunlarına yekun vuruldu
“Qarabağ”a məğlubiyyətin səbəbini izah edə bilmədi
Avropa Liqası: Gecənin nəticələri
Mahir Emreli Konfrans Liqasında yenə qol vurdu - Yenilənib
Qurban Qurbanovdan qələbə şərhi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət