Rauf Əliyev nə vaxt sıraya dönəcək?

Rauf Əliyev nə vaxt  sıraya dönəcək?
ÖLKƏ FUTBOLU 3 May 2016 / 12:22 2478
-  A +

Topaz Premyer Liqanın 32-ci turunda “Sumqayıt”la oyunda rəqib futbolçusu ilə toqquşaraq huşunu itirən və xəstəxanaya yerləşdirilən “İnter”in futbolçusu Rauf Əliyevin durumu yaxşıdır.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, hazırda evdə dincələn 27 yaşlı hücumçu bir həftədən sonra yüngül məşqlərə başlaya bilər.

Bu isə o deməkdir ki, R.Əliyev təxminən iki həftdə sonra meydana çıxa bilər. Onun Topaz Premyer Liqanın qarşıdan gələn turlarında "Rəvan" və "Xəzər Lənkəran"la oyunları buraxacağı dəqiqdir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner