"Samir Məsimov komandamıza çox şey verə biləcək oyunçudur. O, Azərbaycanın ən yaxşı və populyar oyunçularından biridir. Bunu Bakıdakı azarkeşlərin və media nümayəndələrinin reaksiyası da sübut edir".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Domjale"nin idman direktoru Matey Orajem klubun rəsmi saytına açıqlamasında deyib.
Klub rəsmisi Samir Məsimovun transferi ilə bağlı xəbərlərin Azərbaycanın telekanallarında və qəzetlərində geniş vüsət aldığını bildirib: "Samir bizə pulsuz başa gəldi. Onunla müqavilə bağlayarkən, bir gündə Azərbaycandan 7 jurnalist mənə zəng vurdu. Bu isə Məsimovun Azərbaycan çempionatının ulduzu olduğunu göstərir".
Qeyd edək ki, "Neftçi"dən transfer olunan Samir Məsimov "Domjale" ilə 3 illik müqavilə imzalayıb.
Avroliqada pley-off günü
İtaliya da İnfantinoya üz çevirdi
Çempionlar Liqasının püşkatmasında yeni qayda
"Lion" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
“Mançester Yunayted” formalarını dəyişməli oldu
“Ayaks”la vidalaşdı, Belçikaya gedir
UEFA dünya çempionatı ilə bağlı qərarını dəyişir
Azərbaycan millisi Belçikaya məğlub oldu
“Qalatasaray” onu hədəfə aldı
FİFA referisi Elçin Məsiyevə növbəti təyinat
“Məsələ pulda deyil” - Alvareslə bağlı açıqlama
"Bütün diqqətimiz “Qarabağ”a qarşı oyundadır"
Ronaldo fasilədə niyə oyundan çıxarıldı?
Dambrauskas hekayəsi və dəyişən Azərbaycan futbolu
“Bavariya”dan “Benfika”ya keçdi
Vaqif Cavadov "Tvente"ni ziyarət etdi
Mattia Perin “Yuventus”dan getdi
“Mançester Siti” Ayub Buaddini transfer etdi