Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə PAOK-la 0:0 bərabərə qalan "Qəbələ"nin futbolçusu Aleksey Qay jurnalistlərin suallarını cavablandırıb.
Qol.Az-ın Yunanıstana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, ukraynalı futbolçu qrupdan çıxmaq şanslarını itirmələrinə baxmayaraq, "Krasnodar"la oyuna da qələbə üçün çıxacaqlarını bildirib:
- Bakıda olduğu kimi səfərdə də PAOK-a uduzmadınız. Oyun haqda nə deyə bilərsən?
- Komandanın əsas strategiyası Avropa Liqasında daha da irəliləmək idi. Bu mənada nəticədən razı qala bilmərik. Ancaq oyuna gəlincə nəticəni aktivimizə yazmaq olar.
- Havanın yağışlı və bir qədər küləkli olması oyununuza nə dərəcədə təsir etdi?
- Yaxşı hava var idi. Ən azından isti deyildi. Qazonun yaş olması da sürəti artırmışdı. Ona görə də hava ilə bağlı problem olmadığını düşünürəm.
- PAOK-la oyunda qalib gəlmək şansınız var idi. Səncə, qələbəyə nə mane oldu?
- Bu futboldur. Bəzən oyun qolsuz da başa çata bilər. Düzdür, qalib də gələ bilərdik. Ancaq ələ düşən qol imkanlarından yararlana bilmədik.
- Qrupun son matçı komanda üçün formal xarakter daşıyacaq. "Krasnodar"la oyuna hansı əhval-ruhiyyədə hazırlaşacaqsınız?
- Qrupdan çıxmaq şansımız qalmasa da, optimistik. Düzdür, "Krasnodar"la görüşdə əldə edəcəyimiz 3 xal heç nəyi dəyişməyəcək. Amma Avropa Liqasında qələbə qazanmaq istəyirik.
- "Qəbələ" bir neçə gün sonra Azərbaycan Premyer Liqasında "Rəvan"la vacib oyuna çıxacaq. Necə düşünürsən, komanda qısa müddət ərzində fiziki cəhətdən bərpa oluna biləcək?
- Aydın məsələdir ki, PAOK-la oyundan sonra komandada müəyyən yorğunluq var. Ancaq biz tezliklə "Rəvan"la oyuna hazırlaşmalıyıq və yalnız qələbəyə oynamalıyıq.
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu