"Bakıda oynamağın çətin olduğunu "Tottenhem"ə sübut edəcəyik"

"Bakıda oynamağın çətin olduğunu "Tottenhem"ə sübut edəcəyik"
GÜNDƏM 25 Noyabr 2015 / 17:59 5828
-  A +

“Komanda olaraq sabahkı oyuna hazırıq. İstəyirik ki, ev oyunumuzda qələbə qazanaq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsində sabah “Tottenhem”lə qarşılaşacaqları oyun üçün təşkil olunan mətbuat konfransında deyib.

O əlavə edib: “Rəqibin səfərdə çıxış etməsini onlata hiss etdirəcəyik və Bakıda oynamağın çətin olduğunu sübut edəcəyik. Qazanacağımız üç xal bizim üçün çox vacibdir. Oyunun mahiyyətini də yaxşı dərk edirik. Əlimizdən gələni edəcəyik ki, Belçikaya yaxşı nəticə ilə yollanaq”.

Daha çox


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir