"Qəbələ"nin futbolçusu Rəşad Sadiqov Salonikiyə yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırıb
- Çətin səfərə yollanırsız. Səncə, hansı nəticə ilə qayıdacaqsız?
- Siz də oyunun çətin keçəcəyini bilirsiz. Qrupdan çıxmaq istəyiriksə, mütləq qələbə qazanmalıyıq. "Borussiya" səfərdə "Krasnodar"ı məğlub etsə, şansımız davam edəcək. İstənilən halda, biz əvvəlcə öz oyunumuzu düşünməliyik. Bu oyunda qələbə bizim üçün çox vacibdi. Hədəfimiz 3 xaldı. Əlimizdən gələni edəcəyik.
- "Sumqayıt"la oyundan sonra dincəlməyə elə də çox vaxtınız olmadı. Hazırlıq necə keçdi?
- Komanda pis hazırlaşmadı. Peşəkar futbolçulardan formalaşan komandayıq. Buna görə də hər cür şərtlərə uyğunlaşmalıyıq. Oyuna yaxşı hazırlaşmışıq və qələbə üçün sona qədər vuruşacağıq.
- Dodonun yoxluğu sizə necə təsir edəcək?
- Ola bilər ki, bu, ciddi itkidir. Amma Dodonun yoxluğu ilə də barışmalıyıq. Bir futbolçu oynamırsa, digərinə şans yaranır. Meydanda olan oyunçular çalışmalıdı ki, bu itkinin yerini doldursunlar.
- Səfərdən uğurlu nəticə ilə qayıtmaq üçün ən çox nəyə diqqət yetirmək lazımdı?
- Sürətli hücumlar təşkil etməliyik. Əsas diqqəti əks-hücumlara yönəltməli və müdafiədə səhvsiz oynamaqla qəfil həmlələr etməliyik. "Panatinaikos"la oyunda belə oynamışdıq və bu, bizə uğur gətirdi.
- Uğursuzluq olanda müəyyən söz-söhbətlər yaranır. Deyilənə görə, komandanın daxilində sağlam ab-hava yoxdur. Hətta Dodonun ukraynalı futbolçularla yola getmədiyi deyilir...
-Açığı, belə şeyləri eşitmək xoş deyil. Kimlərsə özlərindən bu cür söhbətlər çıxır. Bütün günü futbolçular bir ailə kimidi. Bir yerdə yemək yeyirik, çay içirik. Azərbaycanlı futbolçular hər bir legionerlə xoş münasibətdədi. Ola bilsin ki, hansısa legioner digər ölkədən olanı sevmir, yaxud bəyənmir. Hər bir komandada bu cür hal ola bilər. Amma bizdə hansısa qruplaşmanın ola biləcəyinə inanmıram. Belə olsa, rəhbərlik dərhal həmin qruplaşmanı dağıdar.
- "Qarabağ"ın şansları haqda fikirlərini bilmək istərdik.
- "Qarabağ"ın şansları var. "Tottenhem"i məğlub etsələr, səfərdə "Anderlext"i də keçmək mümkündü. Hazırda komandanın yaxşı heyəti var. Bunu bacara bilərlər. Yeri gəlmişkən, onlara da uğurlar arzulayıram.
- Son zamanlar heyətdə az-az görünürsən.
- Bu, baş məşqçisinin seçimidir. Bəzən mənə, yaxud da başqasına davamlı oynamaq şansı verir. Kimi fikrində tutursa, baş məşqçi onu da meydana buraxır. Burda mənim edə biləcəyim heç nə yoxdu.
Mənbə: sport7.az
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat