"Ya mən getməliyəm, ya da Benites" – Ronaldo

"Ya mən getməliyəm, ya da Benites" – Ronaldo
DÜNYA FUTBOLU 22 Noyabr 2015 / 12:20 16540
-  A +

“Real”ın futbolçusu Kriştiano Ronaldo növbəti dəfə baş məşqçisi Rafael Benitesdən narazılığını dilə gətirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, La Liqanın son turunda Madriddə “Barselona”ya ağır məğlubiyyətdən (0:4) sonra portuqaliyalı futbolçu Benitesin rəhbərliyi altında oynamaq istəmədiyini bildirib: “Real”dan ya mən getməliyəm, ya da Benites” – deyə o qeyd edib.

Xatırladaq ki, Benitesin məşq üsullarını bəyənməyən Ronaldonun "Real"dan ayrılmaq istədiyi bildirilir.

Dünya Çempionatı 2026
Son xəbərlər
15.07.26  15:24

Mönye bu kluba keçdi

topaz banner