"Avro-2016"dan kənarda qalacaq ulduz futbolçular

"Avro-2016"dan kənarda qalacaq ulduz futbolçular
DÜNYA FUTBOLU 20 Noyabr 2015 / 01:22 8333
-  A +

Futbol azarkeşləri gələn il Fransada keçiriləcək Avropa çempionatında bir sıra ulduz futbolçuları görə bilməyəcək.

Qol.Az-ın "Sky Sports"a istinadən verdiyi məlumata görə, buna səbəb həmin futbolçuların çıxış etdikləri yığmaların turnirin final mərhələsinə vəsiqə qazana bilməməsidir.

Xüsusilə, Hollandiya millisinin "Avro-2016"nın final mərhələsindən kənarda qalması azarkeşləri van Persi, Robben, Sneyder kimi ulduz futbolçuları izləməkdən məhrum edib.

Qeyd edək ki, Avropa çempionatı gələn ilin iyun-iyul aylarında Fransada keçiriləcək. Bu turnirdə ilk dəfə olaraq 24 komanda iştirak edəcək.




1. Robin van Persi (Hollandiya)
2. Edin Dzeko (Bosniya və Hersoqovina)
3. Memfis Depay (Hollandiya)
4. Kristian Eriksen (Danimarka)
5. Aryen Robben (Hollandiya)

6. Nemanya Matiç (Serbiya)
7. Darren Fletçer (Şotlandiya)
8. Uesli Sneyder (Hollandiya)
9. Niklas Bendtner (Danimarka)
10. Aleksandr Kolarov (Serbiya)

11.
Martin Edeqor (Norveç)
12. Samir Handanoviç (Sloveniya)
13. Deyli Blind (Hollandiya)
14. Branislav İvanoviç (Serbiya)
15. Asmir Beqoviç (Bosniya və Hersoqovina) 

Son xəbərlər