"Qalatasaray" Mustafa Dənizli ilə anlaşdı

"Qalatasaray" Mustafa Dənizli ilə anlaşdı
DÜNYA FUTBOLU 19 Noyabr 2015 / 00:01 10321
-  A +

Həmzə Həmzəoğlu ilə yolları ayıran “Qalatasaray” baş məşqçi vəzifəsinə Mustafa Dənizlini gətirir.

Qol.Az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Təcrübəli mütəxəssislə artıq razılıq əldə olunduğu bildirilir. Bugünlərdə klubun bunu ictimaiyyətə açıqlayacağı gözlənilir.

Qeyd edək ki, 2013/14 mövsümündə “Xəzər Lənkəran”ı çalışdıran Dənizli  1987-1989 və 1990-1992-ci illərdə “Qalatasaray”ın baş məşqçisi olub. O, bu müddət ərzində “cim-bom”la 4 kubok qazanıb.

Son xəbərlər