“Qəbələ” yoxlama oyununda 4 qolla qalib gəldi

“Qəbələ” yoxlama oyununda 4 qolla qalib gəldi
XƏBƏR 16 Noyabr 2015 / 00:27 5145
-  A +

“Qəbələ” ötən gün yoxlama oyunu keçirib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə məşqlərini Qəbələ şəhər stadionunda davam etdirən “qırmızı-qaralar” U-19-u sınağa çəkib.

Bəzi oyunçular yığmaların düşərgəsində olduğundan və bir neçə futbolçunun zədə üzündən məşqlərə qatılmamağı səbəbindən baş məşqçi Roman Qriqorçuk əvəzedici komandanın üzvlərinə də bu matçda şans verib.

Hər hissədə 2 qol vuran əsas komanda U-19-u 4:0 hesabı ilə məğlub edib. Flerseku dubl edib. Aleksey Antonovla  Asif Məmmədov isə hərəyə bir dəfə fərlqləniblər.

Daha çox


Son xəbərlər
15.02.26  17:32

Noyer sıradan çıxdı

15.02.26  14:10

Keyn Top-5-də liderdir

topaz banner