Löv altı oyunçunu heyətdən çıxardı

Löv altı oyunçunu heyətdən çıxardı
XƏBƏR 15 Noyabr 2015 / 21:56 7438
-  A +

Almaniya millisinin baş məşqçisi Loahim Löv altı futbolçunu noyabrın 17-də qarşılaşacaqları Hollandiya ilə yoxlama oyunu üçün heyətdən çıxarıb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, Lukas Podolski, Manuel Noyer və Bastian Şvaynştaygerə istirahət hüququ verib.

Bundan başqa, zədəli olan Jerom Boatenq, Yonas Xektor, eləcə də Leroy Sane (U-21 millisinə göndərilib) A millinin heyətindən çıxarılıb.

 


Son xəbərlər