Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının kapitanı Bəhlul Mustafazadə Bosniya və Herseqovina yığmasını 1:0 hesabı ilə yendikləri AVRO-2016-nın seçmə matçını dəyərləndirib.
Yeganə qolun müəllifi "CBC Sport"a açıqlamasında elit-raunda vəsiqə qazana bilməmələrinə təəssüfləndiyini söyləyib.
Mustafazadə bildirib ki, Türkiyə və Ukrayna yığmaları arasındakı qrupun digər oyununun nəticəsi onları maraqlandırmayıb: "Bizə 2:0 lazım idi. Bunlardan birini vurmağa müvəffəq olduq. Paralel keçən Türkiyə - Ukrayna görüşünün nəticəsi bizim üçün maraqlı deyildi. Yalnız öz oyunumuzu düşünürdük. Qarşımıza qoyduğumuz məqsədə nail olmasaq da, əlimizdən gələnin ən yaxşısını etdik. Son 2 qarşılaşmada yaxşı təsir bağışladıq. Bu gün 3 əsas oyunçumuz olmasa da, digərləri əllərindən gələni etdilər".
Qeyd edək ki, Azərbaycan yığması qalib gəldiyi Bosniya və Herseqovina ilə birgə 3 xal toplayıb. Hərəyə 6 xalla ilk 2 yeri tutan Türkiyə və Ukrayna milliləri elit-raunda vəsiqə qazanıb (sportnet.az).
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi