“Qarabağ”ın futbolçusu uzun fasilədən sonra meydana qayıtdı

“Qarabağ”ın futbolçusu uzun fasilədən sonra meydana qayıtdı
XƏBƏR 15 Noyabr 2015 / 14:46 10615
-  A +

Uzun müddətdir zədədən əziyyət çəkən “Qarabağ”ın futbolçusu Namiq Ələsgərov yaşıl meydana qayıdıb.

Qol.Az-ın məlumatına görə, baş məşqçi Qurban Qurbanov bu gün “Rəvan”la keçirilən oyunda ona şans verib.

Milli komandamızın üzvü ikinci hissədə Cavid Tağıyevin əvəzinə meydana çıxıb.

Qeyd edək ki, Namiq  Ələsgərov “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində martın 28-i keçirilən Azərbaycan - Malta (2:0) matçında zədələnmişdi.

Foto: sportal.az

Daha çox


Son xəbərlər
15.02.26  17:32

Noyer sıradan çıxdı

15.02.26  14:10

Keyn Top-5-də liderdir

topaz banner