"Sumqayıt" "Bakı"ya qalib gəldi

"Sumqayıt" "Bakı"ya qalib gəldi
XƏBƏR 15 Noyabr 2015 / 00:38 3070
-  A +

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Sumqayıt" yoxlama oyunu keçirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda bu mövsüm birinci divizionda çıxış edən "Bakı" ilə qarşılaşıb.

Oyun 3:1 hesabı ilə Sumqayıt təmsilçisinin xeyrinə başa çatıb. Bu görüşdə "Sumqayıt"dan qolları Amil Yunanov (2) və Pərdis Fərcad-Azad vurub. Rəqibin heyətində isə Vüqar Namazəliyev fərqlənib.

 


Son xəbərlər