"Futbolçularım arasında mübahisə olmadı"

"Futbolçularım arasında mübahisə olmadı"
GÜNDƏM 20 Sentyabr 2015 / 00:05 3298
-  A +

"Əzmkar oyuna görə futbolçularımı təbrik edirəm. Oyundan oyuna irəliləyiş var. Bunun fonunda çatışmazlıqlarımız da mövcuddur ki, onu aradan qaldırmalıyıq".

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Zirə"nin baş məşqçisi Adil Şükürov “Rəvan"a qalib gəldikləri oyundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib.

A.Şükürov komandasının yaxşı oynayaraq qələbə qazandığını bildirib: "Oyun zamanı bizə dəstək olan azarkeşlərə minnətdaram. Matçın gedişində futbolçularım arasında mübahisə olmadı, sadəcə olaraq, biri-birini eşitmədilər.

Çox qol vəziyyəti yaratsaq da, bunların yalnız ikisindən istifadə edə bildik. Düşünürəm ki, yaxşı futbol oynayıb, qələbə qazandıq. “Rəvan” da pis oynamadı. Düşünürəm ki, qısa zamanda “Rəvan” mübariz komanda kimi formalaşıb”.

Daha çox


Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi