Qurban Qurbanov: "Düşünülməz səhvlərə yol verdik"

Qurban Qurbanov: "Düşünülməz səhvlərə yol verdik"
ÖLKƏ FUTBOLU 18 Sentyabr 2015 / 02:14 13712
-  A +

"Məğlub olmaq istəməzdik. Rəqib komandanı təbrik edirəm. "Tottenhem" həqiqətən də yaxşı komandadır". 

Qol.Az-ın Londona ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Tottenhem"ə uduzduqları görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Q.Qurbanov komandasının növbəti oyunlarda yaxşı nəticələr qazanacağına inandığını bildirib: "Düşünülməz səhvlərə yol verdik. Hesabda geridə olsaq da, qol vurmaq istəyirdik. Lakin alınmadı. Bu, qrupda ilk oyunumuz idi. Məğlubiyyətə baxmayaraq, futbolçularıma inanıram. Qarşıdakı görüşlərdə daha yaxşı nəticələr qazanacağıq".

Qeyd edək ki, qrup mərhələsinin ilk turunda səfərdə "Tottenhem"in qonağı olan "Qarabağ" rəqibinə 1:3 hesabı ilə uduzub.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq