Dodo: "Təkcə qol çatışmadı"

Dodo: "Təkcə qol çatışmadı"
ÖLKƏ FUTBOLU 18 Sentyabr 2015 / 01:28 3906
-  A +

"Zədəm ciddi deyil. Sadəcə, barmağım qanadığı üçün əvəzləndim".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Dodo Avropa Liqasının qrup mərhələsində PAOK-la 0:0 bərabərə qaldıqları oyun haqda danışarkən deyib.

Braziliyalı futbolçu komandasının bu görüşdə yaxşı oynadığını bildirib: "Qələbə qazanmağı çox istəyirdik. Bunun üçün də meydanda çox çalışdıq. Pis də oynamadıq. Təkcə qol çatışmadı. Amma bu futboldur. Bu oyun sürprizlərlə doludur. Bu komanda ilə səfər matçında daha yaxşı oynacağıq".
 
"Qəbələ"nin yeni transferi Fakunda Pereyra haqda da danışan Dodo deyib: "Pereyra yaxşı futbolçudur. Onunla yaxşı anlaşırıq. Düşünürəm ki, Pereyra zamanla komandaya daha da faydalı olacaq".

Daha çox


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə