"Qəbələ" ilə oynamaq asan deyil" – İqor Tudor

"Qəbələ" ilə oynamaq asan deyil"  – İqor Tudor
ÖLKƏ FUTBOLU 18 Sentyabr 2015 / 00:30 5805
-  A +

“Komandam  yaxşı oynadı. Rəqiblə müqayisədə daha üstün idik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri PAOK-un baş məşqçisi İqor Tudor Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə oyundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib.
 
Xorvatiyalı mütəxəssis “Qəbələ” ilə heç-heçəni yaxşı nəticə saydığını bildirib:“Əlbəttə, Bakıya qələbə üçüçn gəlmişdik. Ancaq səfərdə “Qəbələ” kimi klubla oynamaq elə də asan deyil. Məğlub ola da bilərdik. Buna görə də bir xalı da  yaxşı nəticə hesab etmək olar".

Tudor yunan komandaları və Xorvatiya yığmasının Bakıda qələbəyə həsrət qalması ilə bağlı sualı belə cavablandırıb: “Növbəti oyunda bu tilsimi qıracağam. Bu faktı unutmaq olmaz ki, Azərbaycan futbolu inkişaf edir. Robert Prosineçkinin də cəlb olunması bunu təsdiqləyir. Klublar da səviyyəli oyunçulara pul xərcləyirlər".

Daha çox


Son xəbərlər