"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Tottenhem"lə səfər oyunu öncəsi mətbuat konfransı keçirib.
Qol.Az-ın Londona ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Q.Qurbanov ilk öncə mətbuat konfransında azərbaycanlı jurnalistlərin çoxluğuna diqqət çəkərək deyib:
"Burada özümü lap Bakıdakı kimi hiss elədim. Sizi burada görməyə şadam".
Q.Qurbanov əlavə edib ki, ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsində oynamaq bir məşqçi kimi onun üçün çox xoşdur:
"Sabah "Qarabağ" ən gözəl oyunlarından birini sərgiləməyə çalışacaq. Komanda çox həvəslidir. Sabah ən yaxşı oyunlarımızdan birini sərgiləyib azərbaycanlı azarkeşləri sevindirməyə çalışacağıq".
- İlk dəfə Azərbaycan klubu ingilis klubu ilə qarşılaşacaq. Bu sizin üçün nə kimi çətinlik yarada bilər?
-"Tottenhem"in baş məşqçisi argentinalıdır. Uzun illər İspaniyada işləyib. Buna görə də düşünmürəm ki, "Tottenhem" ingilis futbolu nümayiş etdirəcək. Böyük ehtimalla ingilis və ispan futbolunun sintezini görə biləcəyik.
-Londondakı yağışla hava sizə nə kimi çətinlik yaradacaq? Çünki "Qarabağ"ın futbolçuları belə iqlim şəraitində oynamağa öyrəşməyiblər.
-Hələ sabah havanın necə olacağını bilə bilmərik. Gəlin, sabahı gözləyək. Ona görə də iqlimlə bağlı hər hansı söz deyə bilmərəm. Əgər yağışlı hava olarsa, bu, bizim üçün çətinlik yarada bilər. Çünki biz rəqibdən fərqli olaraq, bu cür hava şəraitində oynamağa öyrəşməmişik.
-Maksim Medvedev zədəli olanda onun mövqeyində İlqar Qurbanov oynayırdı. Amma çempionatın son turunda "Xəzər Lənkəran"la oyunda Maksimi meydanda gördük. "Tottenhem"lə matçda futbolçulardan hansına şans verəcəksiniz, İlqara, yoxsa Maksimə?
-Hələlik bununla bağlı qəti qərar verməmişəm.
-Ən yeni futbolçulardan hər hansı birinin meydana ilk dəqiqələrdən çıxmaq ehtimalı var?
- Yeni transferlərdən hansınınsa ilk dəqiqələrdən meydana çıxmaq ehtimalı var.
- Rəqib “Qarabağ”ı böyük komanda adlandırdı. Bu haqda nə deyə bilərsiniz?
- Bu, rəqibin bizə hörmətidir. Biz də rəqiblərə heç vaxt yuxarıdan aşağı baxmamışıq. Rəqibin bizə qarşı ciddi yanaşmasının göstəricisidir.
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər