"Artıq çox yaxşı vəziyyətdəyik" – Qriqorçuk

"Artıq çox yaxşı vəziyyətdəyik" – Qriqorçuk
ÖLKƏ FUTBOLU 16 Sentyabr 2015 / 19:40 7339
-  A +

“Pley-off”da oynayarkən qrupa düşmək üçün çalışırdıq. İndi isə qrupdan çıxmaq uğrunda mübarizə aparırıq. Rəqib haqda çox şey bilirik. Baş məşqçiləri yenidir. Bütün bunları nəzərə almışıq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsində PAOK-la keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.

-Heyətlə bağlı hansı problemlər var?

- Yalnız Rafael Santos sabahkı oyunu buraxacaq.

- Yeni transferlər sabah meydana çıxmağa hazırdırmı?

- Deməzdim ki, yüz faiz hazırdırlar. Ancaq onların meydana çıxacağını istisna etmirəm.

- Rəqibi analiz etdiyinizi dediniz. Hansı məlumatları əldə etmisiniz?

- Demək olmaz ki, hər şeyi bilirik. Nəzərə almalıyıq ki, rəqibin baş məşqçisi yenidir və taktika və oyunçulara yanaşması fərqlidir. Rəqibdə hansısa yeniliklərin olacağına özümüzü hazırlayırıq.


- Avroliqada “Qarabağ” və “Qəbələ” mübarizə aparır. İlk oyun sarıdan hansı komandanın bəxti gətirib?

- İlk görüşü kiminlə oynamağımızın fərqi yoxdur. Hesab edirəm ki, “Borussiya” kimi komandanın Azərbaycana gəlməsi burda bayram olmalıdır. Böyük klubların Azərbaycana gəlməsi təkcə “Qəbələ” üçün yox, bütün ölkə üçün yaxşı haldır. İlk növbədə bunlardan danışmaq lazımdır. Artıq biz çox yaxşı vəziyyətdəyik. Hazırlığımız yüksək səviyyədədir. Rəqibin də gücünə bələdik.

- Ruslan Abışovu yenidən “Qəbələ”də görmək istəmənizin səbəbi nədir?

- İki cəbhədə mübarizə aparan komandanın heyətində 4 mərkəz müdafiəçisi olmalıdır. Bizdə isə belə futbolçunın sayı 3 idi. Bəzən isə hansısa müdafiəçi zədələnirdi. Buna görə də yenidən Ruslana ehtiyac duyduq.

- Ruslan Abışov  “Qəbələ”dən ayrılmağının səbəbindən danışanda bildirmişdi ki, Qriqorçuk öz həmyerlisini qoyub, mənə şans verməz. Ruslanı yenidən komandaya götürəndə bununla bağlı onunla söhbətiniz oldu?

- Sabah biz PAOK-la qarşılaşacağıq. Bu mövzunu sonra müzakirə etmək daha yaxşı olardı. Əgər Abışov belə bir söz deyibsə, yəqin ki, peşman olub.

Daha çox


Son xəbərlər