Sneyder daha iki il "Qalatasaray"da

Sneyder daha iki il "Qalatasaray"da
GÜNDƏM 13 Sentyabr 2015 / 16:42 3566
-  A +

"Qalatasaray" aparıcı futbolçusu Uesli Senyderlə yeni müqavilə imzalayacaq.

Qol.Az-ın məlumatına görə, bu barədə klub prezidenti Dursun Özbək "Haber Türk" kanalında qatıldığı bir verilişdə açıqlama verib.

O, hollandiyalı yarımmüdafiəçi ilə iki illik müqavilə imzalayacaqlarını bildirib: "Sneyderlə şifahi razılıq əldə etmişik. Gələn həftə onun meneceri İstanbula gələcək və müqavilə imzalanacaq" - deyə Dursun Özbək qeyd edib.

Xatırladaq ki, Sneyder 2013-cü ildən "cim-bom"un şərəfini qoruyur. O, bu müddət ərzində İstanbul klubunun heyətində 71 oyuna çıxıb və 25 qol vurub.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner