"Qəbələ"nin futbolçusu Sergey Zenyov Estoniya milli komandasının düşərgəsində zədələnib.
"Report"un "Delfi Sport"a istinadən verdiyi məlumata görə, 26 yaşlı hücumçu Sloveniya yığması ilə sentyabrın 8-də keçirilmiş "Avro-2016"nın seçmə qrup matçı zamanı baldırından xəsarət alıb.
Nəticədə o, ikinci hissə başlayan kimi komanda yoldaşı Sander Puri ilə əvəzlənib. Zenyov oyundan sonra verdiyi açıqlamada axsadığını, lakin zədəsinin ciddi olduğuna inanmadığını söyləyib. O, ehtiyat addım kimi əvəzləndiyini əlavə edib. Baş məşqçi Maqnus Persson da zədənin ciddi ola biləcəyindən qorxduğu üçün Purini onun əvəzinə meydana buraxdığını təsdiqləyib.
"Qəbələ"nin mətbuat xidmətindən isə bildirilib ki, Zenyov klubun düşərgəsinə yenicə qayıdıb. Estoniyalı hücumçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, Sergey Zenyov "Qəbələ"yə yayda transfer olunub. O, Avropa Liqasında 2, Azərbaycan Premyer Liqasında 1 qol vurub. Sloveniya ilə qarşılaşma Estoniya millisinin məğlubiyyəti ilə yekunlaşıb - 0:1. "Qəbələ" növbəti oyununu sentyabrın 12-də Bakıda "İnter"ə qarşı keçirəcək. Azərbaycan Premyer Liqasının IV tur qarşılaşmasından 5 gün sonra "qırmızı-qaralar" "Bakcell Arena"da Yunanıstan PAOK-u ilə Avropa Liqasının qrup matçına çıxacaqlar.
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı