Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir.
Qol.Az-ın Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 85 kq, qadın güləşi üzrə 48, 53 və 69 kq çəkidə idmançılar mübarizəyə qoşulub.
Kişi, 85 kq
Dünya çempionatının gümüş mükafatçısı Saman Təhmasimi 1/16 final mərhələsində Braziliya təmsilçisi Brandao Santla qarşılaşıb. Rəqibinə 8:0 hesabı ilə qalib gələn Təhmasibi 1/8 finala adlayıb. Təmsilçimiz bu mərhələdə Bolqarıstan güləşçisi Hristo Diyanov Marinovla üz-üzə gəlib. Görüş idmançımız üçün uğursuz başlayıb. 0:3 hesabı ilə geridə olan Təhmasibi yekunda rəqibindən üstün olub - 7:3.
Əzmkar qələbə ilə 1/4 finala adlayan təmsilçimiz bu mərhələdə rusiyalı idmançı Davit Çakvetadze ilə güləşib. Bu görüşdə 8:0 hesabı ilə qələbə qazanan Təhmasibi yarımfinala adlamaqla yanaşı, Rio-de Janeyro Olimpiyadasına da vəsiqəni təmin edib. İdmançımız finala gedən yolda ukraynalı Jan Belenyukla qarşılaşıb. Rəqibinə 1:3 hesabı ilə uduzan Təhmasibi bürünc medal uğrunda yarışacaq.
Qadınlar, 48 kq
Avropa Oyunlarının qalibi Mariya Stadnik ilk görüşündə hollandiyalı Jessika Blazka ilə güləşib. Rəqibini 11:0 hesabı ilə məğlub edən Stadnik 1/8 finala yüksəlib. Bu mərhələdə Peru idmançısı Taliya Jihan Malqui Peçeyə 10:0 qalib gələn güləşçimiz 1/4 finala adını yazdırıb. Burada Qazaxıstan təmsilçisi Tatyana Amanjol-Bakatyuku 11:3 hesabı ilə məğlub edən Stadnik Rio-de Janeyro Olimpiyadasına vəsiqəni təmin edib. Güləşçimiz yarımfinalda Çin təmsilçisi Hui Li ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə 4:0 hesablı qələbə qazanan Stadnik finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə yaponiyalı Eri Tosaka ilə yarışacaq.
53 kq
Digər qadın təmsilçimiz Anjela Doroqan 1/16 finalda çexiyalı Lenka Hoçkova Martinova ilə qarşılaşıb. Rəqibi üzərində 5:0 hesablı qələbə qazanan Doroqan 1/8 finala adlayıb. O, bu mərhələdə portuqaliyalı Qomez Querreyro ilə münasibətlərinə aydınlıq gətirib. Rəqibini 11:0 hesabı ilə üstələyən güləşçimiz 1/4 finala yüksəlib. Onun rəqibi yaponiyalı Saori Yoşida olub. Doroqan bu görüşdə rəqibinə heç bir müqavimət göstərə bilməyib - 0:11. Yoşida finala qədər irəlilədiyi üçün Doroqan təsəlliverici görüşdə iştirak etmək hüququ qazanıb. O, bu görüşdə Viyetnam təmsilçisi Ti Lua Niquenlə qarşılaşacaq.
69 kq
Bu çəki dərəcəsində ölkəmizi Elis Manolova təmsil edib. 1/16 finalda qazaxıstanlı Elmira Sizdikova ilə güləşən Manolova rəqibinə 3:4 hesabı ilə uduzub.
Qeyd edək ki, ilk iki yarış gününün yekunlarına əsasən güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq) və Sabah Şəriəti (130 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib. Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş medala yiyələnib.
Məlumat üçün bildirək ki, Las Veqasda keçirilən dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edir.
"Şamaxı"da 8-ci ayrılıq
Haaland hamını geridə qoydu
"Barselona"nın yetirməsi klubdan gedə bilər
Neymar DÇ-2026-ya qədər meydana çıxmayacaq
Panama millisinin DÇ-2026 üçün yekun heyəti
İkardi vətəninə qayıdır?
Premyer Liqada heç bir matçı buraxmadı
İtaliya A Seriyasında antirekorda imza atdı
"Turan Tovuz"un futbolçusu dünya çempionatına yollanır
Baş məşqçidən sonra onlar da klubdan getdi
"Sabah" qapıçısı ilə müqaviləni yenilədi
"Trabzonspor" Şimanskini transfer edə bilər
"Çelsi" futbolçusundan narazıdır
Millini DÇ-2026-ya aparan qol belə əbədiləşdirildi - Şəkil
Mövsümün ən çox izlənən matçı
"Səbail"in məşqçisinə və futbolçularına cəza
"Borussiya" Türkiyə millisinin üzvünü göndərdi
"Şamaxı" 5 futbolçu ilə vidalaşdı
"Neftçi"dən 3 futbolçu getdi - Abubakar da var
“Sabah” onunla müqaviləni uzatmadı
"Sevilya"dan getdi
“Araz-Naxçıvan” Demçenko ilə yolları ayırdı
"Neftçi"nin futbolçusunun cəzası məlum oldu
Azərbaycan qadın millisinin heyəti açıqlandı
"Sabah"ın futbolçusu DÇ-2026 üçün geniş heyətdə
Hakimin bu skandal qərarı gündəm oldu - Video
"Milan" Konteni hədəfə aldı
"Neftçi"nin futbolçusu Kipr klubuna keçdi
"Bu mövsümü "Zirə" üçün uğurlu saymaq olar" - Aydın Bayramov
Əfran İsmayılov vitse-prezident təyin edildi
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşdı
"Qarabağ"dan mövsümün azarkeş rekordu
"Sumqayıt" Saşa İliçin ayrılığını açıqladı
Qana millisinin DÇ-2026 heyəti
DÇ-2026 öncəsi pasportu oğurlandı
Azərbaycanı Avropa kubokunda onlar təmsil edəcəklər
“Yüz il xatirələrdə qalacaq səyahət”
Mauritsio Sarrinin yeni klubu müəyyənləşib
Müayinənin nəticəsi: Messi yorulub!
Berdıyevdən azərbaycanlı gənc furbolçularla bağlı açıqlama
“Volfsburq” ikinci Bundesliqaya düşdü
“Şamaxı”nın formasını daşımaq qürur idi” - Rüfət Abbasov
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı