"Avro-2016"nın seçmə mərhələnin son iki turunda uğursuz nəticə ilə diqqət çəkən Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaçın istefaya göndəriləcəyi iddia olunur.
Qol.Az-ın məlumatına görə, Xorvatiya millisinin baş məşqçi vəzifəsinə əsas namizədlərdən biri də yığmamızın çalışdırıcısı Robert Prosineçkidir.
Lakin 46 yaşlı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında Azərbaycan millisindəki vəzifəsindən ayrılmağı düşünmədiyini bildirib.
- Görürəm, indi hər kəs Niko Kovaçın Xorvatiya yığmasından gedəcəyi haqda danışır. Ancaq bir neçə gün əvvəl hər şey qaydasında idi və komandanın böyük potensialının olduğu deyilirdi. Məgər indi elə deyil? Təəssüflər olsun ki, bu problem təkcə Xorvatiyada deyil, bütün dünyada belədir. Komanda qələbə qazana bilməyən kimi, tənqidlər başlayır.
- Xorvatiya millisinin baş məşqçisi vəzifəsinə namizədlər sırasında daha çox sizin adınız hallanır. Əksəriyyət yığmada sizi görmək istəyir...
- Hər kəsə təşəkkür edirəm. Lakin Azərbaycan millisindən ayrılmağı düşünmürəm. Cəmi 8 aydır ki, burada çalışıram. Azərbaycan yığması ilə iki illik müqaviləm var. Burada olan şəraitdən razıyam. Düşünürəm ki, onlar da gördüyüm işlərdən və son nəticələrdən narazı deyillər. Seçmə mərhələnin son 4 oyununda uduzmamışıq. Komanda inkişaf edir və biz daha yaxşı oynayırıq. Düzdür, ən yaxşı formadan uzaqdırlar, ancaq mən onlardan razıyam.
- Şübhə yoxdur ki, bir xorvatiyalı kimi sizin üçün komandanı Avropa çempionatının final mərhələsinə daşımaq əla olardı.
- Xorvatiya yığmasını çalışdırmağı kim istəməz? Amma yenə təkrar edirəm, mən Azərbaycan yığmasında çalışıram və oradan getməyi düşünmürəm. Bundan əlavə, Niko Kovaç hələ də işinin başındadı. Əgər siz dəyişikliyin qaçılmaz olduğunu düşünürsüzsə, fikrimcə, federasiya rəhbərliyi ən doğru qərarı qəbul edəcək. Mən isə öz işimə baxıram.
- O zaman yəqin ki, Azərbaycan millisinin baş məşqçisi kimi gələn ay İtaliya ilə Bakıda keçiriləcək matçda yaxşı nəticə qazanmaqla, Kovaça və ya onun əvəzinə gələcək məşqçiyə kömək etmək istərsiniz...
- Əlbəttə, İtaliya ilə görüşdə komandam bütün gücünü ortaya qoyacaq. Düzdür, onlar elə də baxımlı oyun sərgiləmirlər, ancaq lazımi qolları vurmaqla hazırda qrupda liderdirlər. Bu görüşdən sonra Bolqarıstana səfər edəcəyik. Mənim üçün əsas prioritet dünya çempionatının seçmə mərhələsi olacaq. Xorvatiya millisinə də uğurlar arzulayıram.
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı