Bu gün Yunanıstan superliqasında 2015/2016 mövsümünün ilk turuna yekun vurulub.
Qol.Az-ın məlumatına görə, "Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Panatinaikos" ilk matçını keçirib.
Afina təmsilçisi səfərdə "Panetolikos" klubu ilə qarşılaşıb. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan "Panatinaikos" ikinci hissədə iki qol vurmaqla görüşdən qalib ayrılıb - 2:1.
Qeyd edək ki, "Panatinaikos" avqustun 27-də, Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində evdə "Qəbələ"ni qəbul edəcək. Bu komandalar arasında Bakıda keçirilən ilk oyunda qapılara qol vurulmayıb.
24 avqust
Yunanıstan superliqası, 1-ci tur
23:30. "Panetolikos" - "Panatinaikos" - 1:2
Qollar: Kappel, 41-pen (1:0), Karelis, 51 (1:1), Berq, 84 (1:2)
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər