"Onlara heç futbolçu deyə bilmirəm" – Aqil Məmmədov

"Onlara heç futbolçu deyə bilmirəm"  – Aqil Məmmədov
GÜNDƏM 23 Avqust 2015 / 20:57 7788
-  A +

 “Neftçi”ni təbrik edirəm. Rəqibimiz layiqli qələbə qazandı".

Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Azərbaycan Premyer Liqasının üçüncü turunda "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, futbolçularını bu il tanıya bilmədiyini söyləyib:

"Ümumi götürsək, onlara heç futbolçu deyə bilmirəm. Yəqin ki, yaxın günlərdə iclas olacaq. Futbolçular barədə ölçü götürəcəyik. Oynamaq istəməyən adam  burada qalmayacaq. İlk hissədə bəxtimiz gətirdi. Mübarizə apardığımızı deyə bilmərəm. Fasilədə danışıb dedim ki, futbol oynamaq lazımdır. Futbol oynamasan, nəticə qazanmaq mümkün deyil”.

Daha çox


Son xəbərlər