"Əlbəttə, stadionun ot örtüyü ilə bağlı bizdə bir qədər narahatçılıq var. Lakin Bakıya gedib, qazonun necə olduğunu yoxlayacağıq. Bir qədər əvvəl telefonla danışdım və mənə ot örtüyünün yaxşı vəziyyətdə olmadığını dedilər. Bununla belə, oyunun baş tutmayacağını düşünmürəm".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Seltik"in məşqçisi Con Kollins Bakıya yola düşməzdən əvvəl Qlazqo hava limanında Britaniya mətbuatına açıqlamasında deyib.
Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü ilə bağlı yaranmış problemə münasibət bildirən Kollins qazonun yaxşı vəziyyətdə olmamasının hər iki komandanın oyununa təsir edəcəyini vurğulayıb: "Bakıda havanın hərarəti olduqca yüksəkdir. Əgər qazonda hər hansı problem varsa, yəqin ki, ot örtüyünün görünüşü də yaxşı deyil. Təbii ki, biz yüksək standartlara malik ot örtüklü meydanda oynayacağımızı gözləyirik. Lakin əgər bu baş verməsə, o zaman oyunumuza köklənməliyik.
Stadionun qazonunda kələ-kötür yerlər varsa, oyun zamanı uzun ötürmələrdən istifadə etməli və topu meydanın özümüzə aid hissəsində saxlamamalıyıq. Təbii ki, bəhs etdiyim şeylər futbol üçün ideal deyil. Ancaq biz hər vəziyyətə uyğunlaşmalıyıq. Çünki hər iki komanda eyni şərtlər altında çıxış edəcək. Bilirik ki, "Qarabağ" da bizim kimi yerdən oynamağı sevən komandadır. Ona görə də meydanın durumu hər iki komandanın oyununa təsir edəcək".
Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "Seltik" oyunu saat 21:30-da başlayacaq. Bu komandalar arasında keçirilən ilk görüşdə 1:0 hesabı ilə Şotlandiya təmsilçisi qalib gəlib.
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video