"Qəbələ"dən növbəti rəsmi transfer

"Qəbələ"dən növbəti rəsmi transfer
GÜNDƏM 29 İyul 2015 / 16:57 10688
-  A +

Avropa Liqasında mübarizəni davam etdirən “Qəbələ” daha bir futbolçunun transferini gerçəkləşdirib.

Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə,  qapıçı David Pietrzkieviçlə bir illik müqavilə imzalanıb.

2013/2014  mövsümündə də “Qəbələ”nin şərəfini qorumuş polşalı qolkiper 33 nömrəli forma ilə çıxış edəcək. 

27 yaşlı futbolçunun adı UEFA-nın iştirak ərizəsinə daxil edilib.

Qeyd edək ki, 2013-cü ildə “Simurq”dan “Qəbələ”yə transfer olunan Pietrzkieviç “qırmızı-qaralar”ın heyətində 10 oyun keçirib.

Xatırladaq ki, "Qəbələ" daha öncə 12 futbolçunu - Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov, Aleksey Antonov, Georgi Floresku, Vojislav Stankoviçi və Vadim Abdullayev və Ermin Zetsi heyətinə qatıb.

Daha çox


Son xəbərlər