“Kəpəz”in baş məşqçisi Şahin Diniyevin klubun mətbuat xidmətinə müsahibəsi
- Şahin müəllim, əvvəlcə istərdim ki, Türkiyə toplanışını dəyərləndirəsiz.
- Ərzurum toplanışı “Kəpəz”in çempionat öncəsi hazırlıq dönəmində sayca üçüncü toplanış idi. Baş məşqçi olaraq deyim ki, komandamızın çatışan və çatışmayan cəhətləri var. O qənaətdəyəm ki, futbolçular taktiki və fizki hazırlıq üzərində səylə işlədilər, bir-biriləri ilə anlaşmağa çalışdılar. Uşaqlara üzərimə düşən məsuliyyəti dərk etdiklərinə görə minnətdaram. Komanda sıfırdan yaranır, ona görə səhvlərimiz olacaq. Bu səhvləri minimuma endirmək üçün çalışmalıyıq. Oyunçuların bir-birilərinə uyğunlaşması üçün vaxta ehtiyac var. Çempionat oyunları davam edə-edə optimal formanı yığacağıq.
- Qardaş ölkədə komanda həm də üç yoxlama oyununda qüvvəsini sınadı. Fikirləriniz nədən ibarətdir?
- Komandanın formalaşması üçün hər üç təlim-məşq toplanışının önəmi vardı. Ərzurumda komandanın əsas heyətini də müəyyənləşdirdik. Bu mənada Türkiyədə keçirdiyimiz üç oyunun rolu böyük oldu. İki matçda qalib gəlib, birində heç-heçə etdik. Hər üç oyunda futbolçuların hamısına şans verdik. Nəticədən asılı olmayaraq oyunçulara mövqeyində və oyun sxemində özünü göstərmək üçün imkan yaratdıq. Uşaqlar etimadı doğrultmaq üçün çalışdılar. Digər komandalarda olduğu kimi bizdə də çatışmazlıqlar çoxdur. Bunun üzərində işləməliyik. Çempionatın startına az qalıb. Qalan vaxt ərzində problemləri aradan qaldırmalıyıq.
- Məşqlərdə futbolçulardan istədiyinizi ala bildiz?
- Desəm ki, axıra kimi ala bildim, bu yalan olar. Az öncə dediyim ki, optimal formaya düşə bilməmişik. Bu da hardasa fiziki və taktiki yükləmələrlə bağlı oldu. Yenə deyirəm, zamana ehtiyacımız var. Premyer Liqanın başlamasına kimi çatışmayanların üzərində işləyəcəyik. Futbolçulardan razı qalsam, onda gərək bu məşqləri dayandırıb, sırf oyuna hazırlaşaq. Amma onu söyləyə bilərəm ki, razı qaldığım məqamlar razı qalmadıqlarımdan daha çoxdu.
- Üç yoxlama oyununda komandanı arzuladığınız kimi görmək imkanı qazandız?
- Görmək istədiyim oyunu məqamlarla görə bildim. Ancaq 90 dəqiqə ərzində futbolçuların sistemə uyğun oyun göstərməsi hələ çətin işdi. Oyunumuzu artıqmalıyıq. Müdafiədə, oyun quruculuğunda və hücumun təşkilində olan müsbət məqamları çoxaltmalıyıq. Oyundan oyuna buna nail olmalıyıq. Səhvlərimizi minimuma endirsək, ötürmələrin keyfiyyətini artısaq, anlaşmanı istənilən səviyyəyə çatdıra bilsək, arzuladığımıza nail olacağıq və mənim görmək istədiyim oyun alınacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt