Azərbaycan Premyer Liqasının 2015/16 mövsümünün start günü müəyyənləşib.
Qol.Az-ın məlumatına görə, bu barədə yarışı keçirən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev "Qəbələ İK" qəzetinə açıqlamasında bildirib.
Qurum rəhbəri sayca 24-cü olacaq milli çempionatda ilk turun oyunlarının avqustun 8-də və 9-da keçiriləcəyini deyib: "Artıq bu məsələ dəqiqləşib. Növbəti çempionatımıza avqustun 8-də start verəcəyik. Püşkatma mərasimini isə iyulun 15-20-si arasında keçirəcəyik. Qarşıdakı çempionatda çıxış edəcək komandalar öz iştiraklarını təsdiqləməyə başlayıblar. Klublar püşkatmaya 3 gün qalmışadək iştirak ərizələrini bizə göndərməlidirlər”.
Məlum olduğu kimi, son 3 ildə Premyer Liqanın sponsoru olan "Topaz” şirkəti ilə PFL arasında 2012-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsinin vaxtı bitib. Musayevin sözlərinə görə, ikitərəfli əməkdaşlığın davam etdirilməsi gözlənilir: "Topaz” yenə də çempionatımızın sponsoru olmaqda maraqlıdır. Bununla bağlı təklifə baxırıq. Biz də bu sponsorla əməkdaşlığı davam etdirmək
istəyirik. Yəni hər iki tərəfdə yeni müqavilənin imzalanması ilə bağlı müsbət fikir var. Bu məsələyə püşkatmayadək tam aydınlıq gələcək”.
Xatırladaq ki, növbəti çempionatımızda birinci diviziondan gələn komandalar debütant "Zirə”ylə 2 illik fasilədən sonra Premyer Liqaya qayıdan "Kəpəz”dir.
Mehman SÜLEYMANOV
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video