“Rudar" heç qapımıza yaxın düşə bilmədi” – İbrahim Şehiç

“Rudar" heç qapımıza yaxın düşə bilmədi” –  İbrahim Şehiç
ÖLKƏ FUTBOLU 16 İyul 2015 / 11:42 5799
-  A +

Çempionlar Liqassının II təsnifat mərhələsinin ilk oyununda doğma meydanda Monteneqro çempionu “Rudar”la heç-heçə edən “Qarabağ”ın bosniyalı qapıçısı İbrahim Şehiç görüşdən sonra  Qol.Az saytına müsahibə verib.

- “Qarabağ”ın Avropkuboklarda heç bir uğuru olmayan komandanı məğlub etməsinə nə mane oldu?

- Oyunumuz yaxşı alındı. Üç qol epizodumuz olsa da, fərqlən bilmədik. Komandamız hücum futbolu oynamasına baxmayaraq müdafiədə də səhvsiz oldu. Rəqib isə tamamilə müdafiəyə çəkilmişdi. Ona görə də hesabı aça bilmədik.

- Matçın heç-heçə bitməsi sizin üçün necə nəticədir?

- Əslində qolsuz heç-heçəni yüksək qiymətləndirirəm. Biz özümüzün və rəqibin gücünə yaxşı bələdik. Qarşıda cavab oyunu var.  Monteneqroda  əlimizdən gələn nə varsa edəcəyik. İnanıram ki, cütün qalibi “Qarabağ” olacaq.

- Amma azarkeşlər  “Qarabağ”dan bolqollu oyun gözləyirdi.

- Düzdür, hamı “Qarabağ”ın böyük hesabla qələbə qazanacağını gözləyirdi. Amma biz bütün mövqelərdə yaxşı oynamağa çalışdıq. Qeyd etdiyim kimi, rəqib futbolçuların hamısı arxada idi. Ancaq müdafiədən oynayırdılar. Bir neçə qol epizodumuz da oldu. Rəqib isə heç qapımıza yaxın düşə bilmədi.

- Komandanıza qoşulan yeni futbolçular haqqında nə deyə bilərsən?

- Onlar meydanda əllərindən gələn hər şeyi etdilər. Amma onlara hələ müəyyən vaxt lazımdır. Komandaya uyğunlaşandan sonra yeni futbolçuların “Qarabağ” üçün faydasını görəcəyik.

- Cavab matçı haqqında nə düşünürsən?

- Növbəti mərhələyə keçmək üçün bizim çansımız daha çoxdur. Hamı bizim oyunumuza bələddir. Cavab matçında ancaq qələbə üçün oynayacağıq. Çünki biz daha güclü komandayıq.

Ergün SEYİD

Daha çox


Son xəbərlər