Ansi Aqolli: "Hələ heç nə bitməyib"

Ansi Aqolli: "Hələ heç nə bitməyib"
ÖLKƏ FUTBOLU 16 İyul 2015 / 01:30 4757
-  A +

"Pis oynadığımızı düşünmürəm. Qol vurmaq üçün əlimizdən gələni etdik. Sadəcə bəxtimiz gətirmədi".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar"la bərabərə qaldıqları ilk oyundan (0:0) sonra jurnalistlərə açıqlamasında deyib.

Albaniyalı futbolçu səfərdə qələbə qazanaraq mərhələ adlamağa çalışacaqlarını bildirib: "Rudar yaxşı komandadır. Ən azından rəqibi yaxşı analiz edib, necə mübarizə aparmalı olduqlarını bilirlər.

Demək olmaz ki, "Qarabağ" üçün hər şey bitib. Hələ cavab matçı var və çalışacağıq ki, rəqibi öz meydanında məyus edək. Amma yenə də hər iki komandanın mərhələ keçmək üçün şansları qalıb. Bilirik ki, Monteneqrodakı matçda yaxşı nəticə qazanmalıyıq. Lakin bu heç də asan olmayacaq".

Daha çox


Son xəbərlər