“Qarabağ”dan həmişəki kimi məzmunlu oyun və yaxşı nəticə gözləyirik. İnanıram ki, ilk oyundaca “Qarabağ” öz iddiasını ortaya qoyacaq”.
Bu sözləri Qol.Az-a açıqlamasında AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün “Rudar”la qarşılaşacağı oyun haqda danışarkən deyib.
Təcrübəli mütəxəssis komandamızın hər iki oyunda uğurlu nəticə qazanaraq mərhələni keçəcəyinə inandığını bildirib: “Bu gün Avropada zəif rəqib yoxdur. Hər bir komandaya hörmətlə yanaşmalıyıq. Ancaq “Rudar”la müqayisədə “Qarabağ”ın Avropa təcrübəsi daha çoxdur. Bunu dünən Qurban Qurbanov da bildirdi. Onu da deyim ki, “Rudar” kimi komanda üçün “Qarabağ”a qarşı oynamaq şərəflidir. Yəni rəqib üçün əla bir stimul var. Təbii ki, bunu “Qarabağ”ın oyunçuları da dərk edir. Mən inanıram ki, “Qarabağ” həm “Rudar”, həm də növbəti rəqiblərini keçəcək”.
V.Sadıqov bir neçə aparıcı futbolçunun ”Qarabağ”ı tərk etməsinin komandaya mənfi təsir etməyəcəyini qeyd edib: “Bu haqda çox danışılır. Ancaq həmişə bildirmişəm ki, “Qarabağ” ayrı-ayrı futbolçuları ilə deyil, komanda şəklində güclüdür. Bugünkü oyunda bunun şahidi olacaqsınız. Son uğurları bir daha sübut edir ki, “Qarabağ” güclü Avropa klubuna çevrilib. Komandamız bundan da irəli getmək üçün, Azərbaycanı daha da tanıtdırmaq üçün böyük imkanlara malikdir. “Qarabağ”ın oyun dəsti-xətti, azarkeş dəstəyi, yaradılan şərait imkan verir ki, komanda avrokuboklarda uğur qazansın”.
V.Sadıqov onu da əlavə edib ki, Qurban Qurbanovun komandası ötən mövsüm avrokuboklarda qazandığı nəticəni yenidən təkrarlamaq gücündədir: “Ötənilki uğur “Qarabağ”ın potensialının göstəricisidir. Bunun davamı kimi ən azı yenidən qrupa mərhələsinə vəsiqə qazanmaq lazımdıdır. Bu gün futbol inkişafdadır. “Qarabağ”ın inkişafı dayanmır. Ona görə də komandamızın yenidən qrup mərhələsində oynayacağına inanıram”.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi