"Çempionluğu valideynlərimə həsr edirəm" – Radik İsayev

"Çempionluğu valideynlərimə həsr edirəm" – Radik İsayev
BAKI-2015 20 İyun 2015 / 01:16 2791
-  A +

“Bu rəqibimə iki dəfə məğlub olmuşdum. Sevinirəm ki, ölkəmdə ona qalib gəldim”.

Bu sözləri Qol.Az-a açıqlamasında "Bakı-2015" I Avropa Oyunlarının qalibi olan  taekvondoçumuz Radik İsayev deyib.

25 yaşlı idmançımız final döyüşünün onun üçün çətin keçdiyini deyib:

“Çünki rəqibim güclü idmançı idi. Olimpiya oyunları haqda hələlik düşünmürəm. İstirahet etmək istəyirəm. Çünki çox yorulmuşam. Bu il mənim üçün uğurlu keçdi. Daha öncə dünya çempionatında qızıl medal qazandım. Hamıya minnətdaram. Qələbəmi valideynlərimə həsr edirəm”.

Daha çox


Son xəbərlər