"Əziyyətimin bəhrəsini gördüm" – taekvondoçumuz

"Əziyyətimin bəhrəsini gördüm" – taekvondoçumuz
BAKI-2015 19 İyun 2015 / 01:36 2803
-  A +

"Çox şadam ki, qızıl medal qazandım. Bu məni həqiqətən də çox xoşbəxt edir. Döyüşə çıxanda azarkeşlər bizi çox gözəl dəstəkləyirlər. Onların da hər birinə təşəkkür edirəm".

Bu sözləri Qol.Az-a açıqlamasında "Bakı-2015" I Avropa Oyunlarında ölkəmizə qızıl medal qazandıran taekvondoçumuz Milad Beiqi Harçeqani (80 kq) deyib.

Təmsilçimiz əziyyətinin bəhrəsini gördüyünü bildirib: "Bu günə qədər çox əziyyət çəkmişdim. Sevinirəm ki, əziyyətimin bəhrəsini gördüm.
 
Avropa oyunlarının bütün təşkilatçılarına təşəkkürümü bildirirəm. Bakıda çox möhtəşəm bir idman bayramı yaşanır. Düşünürəm ki, "Bakı-2015" Azərbaycanı dünyada çox gözəl şəkildə tanıdacaq".

Daha çox


Son xəbərlər