Boksçumuz: "Məqsədim qızıl medal qazanmaqdır"

Boksçumuz: "Məqsədim qızıl medal qazanmaqdır"
BAKI-2015 18 İyun 2015 / 20:00 3810
-  A +

"Heç vaxt asan döyüş və ya döyüşçü olmur, hamı qələbə qazanmaq üçün görüşə çıxır. Sadəcə olaraq mən daha yaxşı hazırlaşdığıma görə qalib gəldim".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı-2015" Birinci Avropa Oyunlarında boks yarışlarında 64 kq çəki dərəcəsində 1/8  finala yüksələn idmançımız Colloza Sotomayor jurnalistlərə deyib.

Növbəti mərhələdə moldovalı Dmitri Qalaqotla qarşılaşacaq təmsilçimiz bu görüşdə də qələbə qazanacağına inandığını söyləyib:

"Məqsədim qızıl medal qazanmaqdır. Hər şey istədiyim kimi getsə, buna nail olacam."

 

Daha çox


Son xəbərlər