"Vətənimdə məğlub olmaq fikrim yoxdur"

"Vətənimdə məğlub olmaq fikrim yoxdur"
BAKI-2015 18 İyun 2015 / 17:58 3551
-  A +

"İlk görüşüm bir az çətin keçdi. Çünki rəqibimi tanımırdım. İkinci görüşdə isə qarşılaşdığım türk idmançısı Nur Tatarla aramızda həm dostluq münasibətləri var, həm də qardaş ölkə təmsilçisidir. Onunla görüşdə də çətinliklə üzləşdim. Çünki Nur Tatar həm olimpiya və dünya ikincisi, həm də Avropa çempionudur".

Bu səzləri Qol.Az-a açılamasında "Bakı-2015" Avropa Oyunlarında 67 kq çəkidə mübarizə aparan taekvandoçumuz Fəridə Əzizova finala vəsiqə qazandığı döyüşdən sonra deyib.

Yarımfinalda isveçli Elin Yohansonlə qarşılaşan idmançımız bu rəqibi ilə görüşdə çətinlik çəkmədən qalib gəldiyini qeyd edib:

"Bu rəqibim digərlərinə nisbətən asan idi. Çünki o, bir az fiziki cəhətdən zəifdir. Həm də bu idmançı ilə çox görüşmüşük. Bir-birimizi yaxşı tanıyırıq. Nur Tatar kimi idmançını məğlub etdimsə, Elin Yohonansenə mütləq qalib gəlməli idim. Vətənimdə məğlub olmaq fikrim yoxdur. Həm də sevinirəm ki, finala çıxmaqla Nur Tatara da medal qazanmaq üçün şans yaratdım".

F.Əzizova azarkeşlərə xüsusi minnətdarlığını bildirib: "Döşəyə çıxanda bizi elə dəstəkləyirlər ki, yaxşı mənada həyəcanlanırıq. Elə bir vəziyyət yaranır ki, bütün xalqımın gücünü özümüzdə hiss edirik və sanki biz qalibik. Çalışacam ki, final görüşündə daha yaxşı çıxış edərək Azərbaycanın hesabına bir qızıl da əlavə edim.  Çünki mən buna borcluyam".

Daha çox


Son xəbərlər