İyunun 17-də 32 min tamaşaçı arenalarda yarışları izləyib. Bu, açılış mərasimindən sonra bu günədək ən yüksək göstəricidir.
Qol.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, bu sözləri “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq iyunun 17-də keçirilən yarışların yekunları ilə bağlı mətbuat konfransında deyib.
Arenaların növbəti yarışlara hazırlanması prosesinin uğurla həyata keçirildiyini bildirən Saymon Kleq iyunun 18-də şose velosipedi üzrə yarışlara başlandığını bildirib. Bakı Olimpiya Stadionunun örtüyünün dəyişdirilməsi prosesinin uğurla başa çatdırıldığını söyləyən Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru idmançıların tədricən Mingəçeviri tərk etdiklərini vurğulayıb:
“Təkcə dünən yarışlarda 75 idmançı medal qazanıb. İyunun 18-də 16 dəst medal uğrunda yarışlar keçiriləcək. Son iki gündə tamaşaçı sayı inanılmaz dərəcədə artıb. Güləş arenasındakı ab-hava məni məmnun etdi. Yayım məsələsi bu Oyunların uğur amillərindən biridir. Marketinq məsələsində təşkilatçılar çox çalışıblar. Avropa tamaşaçısı uğurlu Oyunların şahidi olur. Oyunlar Şimali və Cənubi Amerika, Çin, Yeni Zelandiya, Yaponiya, Hindistan və digər ölkələrdə də geniş yayılır. Bu Oyunlar ilk dəfə keçirilir. Bunu nəzərə alsaq əldə etdiyimiz nailiyyətlər inanılmaz dərəcədə böyükdür. Biz iki ildə mükəmməl nəticələrə nail olmuşuq. Beynəlxalq İdman Yayımı Şirkəti yüksək səviyyəli yayım qura bilib. Biz Avropada 72 faiz yayıma nail olmuşuq”.
Fantastik açılış mərasiminin şahidi olduqlarını söyləyən Beynəlxalq İdman Yayımı Şirkətinin prezidenti Manolo Romero Avropa İdman yayımı telekanalları adından yarışlardan çox məmnun qaldıqlarını dilə gətirib. Yarışların başlamasından bu günədək 600 saatdan çox çəkilişin aparıldığını diqqətə çatdıran Manolo Romero Oyunların sonunadək bu rəqəmin toplam 1100 saata çatacağını qeyd edib. Toplam saatlardan əlavə peyk vasitəsilə dünya kanallarına 800 saatdan çox yayımın göndərildiyini söyləyən Beynəlxalq İdman Yayımı Şirkətinin prezidenti Oyunlara böyük marağın olduğunu bildirərək deyib:
“Bu Oyunlar bir çox telekanallar üçün yenilik idi. Olimpiya hüquqlarının sahibləri ilə əlaqə saxlamalı idik. Oyunlarda bəzi idman növlərində Rio Olimpiya Oyunlarına seçim mövcuddur. Açılış mərasimi Avropanın 40 ölkəsində yayımlanıb. Əlavə olaraq bir çox hüquq sahibləri rəqəmsal vasitələrlə bu Oyunların yayımını təşkil edə biliblər. Bu, təşkilatçıların rəsmi internet saytı, Youtube vasitəsilə mümkün olub. Yayımın keyfiyyətindən çox razıyıq. Məkanlar çox gözəldir. Oyunların təsviri çox maraqlıdır. Reklam rolikləri göz oxşayır. İstər tamaşaçılar, istərsə də Avropa idman telekanallarının sahibləri onlara təqdim olunan məlumatlardan razıdırlar. Bu, Olimpiya Oyunları səviyyəsində təşkil edilən yarışlardır. Bəzi böyük ölkələrdə daha yaxşı nəticələr göstərə bilirik. Biz düşünürük ki, bu, bir çox ölkələrdə tədricən maraq doğuracaq. İşləri mükəmməl həyata keçirmək üçün yaxşı fürsət var. Məkan gözəl olarsa, nəticə daha maraqlı olar. Ərəb dünyasından 10 milyon insan Oyunları seyr edib. Bu, ərəb dünyası üçün inanılmaz göstəricidir”.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq