"Hazırlığımızı gündə iki dəfə məşq keçməklə davam etdiririk. Qısa yay fasiləsindən sonra yeni komandanın düşərgəsinə qoşulmuşam. İstirahətdən sonra məşqlərə başlamaq bir az ağır olur. Amma vaxt keçdikcə, uyğunlaşırsan".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin yeni transferi Andrey Popoviç klubun rəsmi saytına açıqlamasında deyib.
Təcrübəli qolkiper komandaya tez zamanda uyğunlaşdığını bildirib: "Çox şadam ki, "Qəbələ" kimi hədəfləri böyük olan komandaya cəlb olunmuşam. “Qəbələ” mənim üçün yeni komanda olsa da, bu klubda çıxış edən futbolçuların əksəriyyətini çoxdan tanıyırdım. Üstəlik, komandada ukraynalı məşqçilər və futbolçular da var. Bütün bunlar komandaya qısa zamanda uyğunlaşmağıma kömək etdi".
Popoviç daha iki qapıçısı olan komandadakı rəqabətin faydasından və qolkiperlərlə çalışan məşqçi Andrey Qluşenko haqda fikirlərini bölüşüb: “Qəbələ”nin qapıçılarla çalışan məşqçisi Andrey Qluşenkonun hazırlıq proqramı ilə tanış oldum. İndiyədək belə məşq proqramı görməmişdim. Belə hazırlıq prosesinə uyğunlaşmaqda Qluşenkonun özü də kömək etdi. O, mənə dəstək olur. Mən “Qəbələ”yə keçəndə bilirdim ki, bu komandada Dmitri Bezotosnı, Anar Nəzirov kimi qapıçılar var. Bu üzdən də rəqabətin olacağını bilirdim. Kim güclüdürsə, o da şans qazanacaq. Lakin bura yeni gəldiyimdən qısa müddətdə rəqabətdən danışmaq tezdir. Ümumilikdə rəqabət futbolçuların yalnız xeyrinə olur. Bu, müsbət məqamdır".
Yığmamızın Serbiya və Norveçlə keçirilən matçlarına dəvət almayan Popoviç yenidən milliyə qayıtmaq üçün əlindən gələni edəcəyini bildirib: “Mövsümün sonunda klubun heyətində oynamadığım üçün Azərbaycan millisinin Serbiya və Norveçlə oyunlarına dəvət almadım. Amma baş məşqçi Robert Prosineçki əvvəl məni heyətə daxil etmişdi. O, elə məşqçidir ki, klubunda çıxış etməyən futbolçunu milliyə cəlb etmir. Hətta yığmanın əsas heyət üzvləri də ilk növbədə klubunda oyun praktikası qazanmalıdı. Mənim də hədəfim “Qəbələ”də əsas heyət qapıçısı kimi möhkəmlənib, yenidən yığmaya qayıtmaqdır".
Mourinyo, Simeone...
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır