"Bakı-2015": Güləşçilərimiz 6 medal qazandı

"Bakı-2015": Güləşçilərimiz 6 medal qazandı
BAKI-2015 14 İyun 2015 / 21:45 26093
-  A +

Bu gün “Bakı-2015” I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub.

Qol.Az-ın məlumatına görə, yarışın son günündə  66, 75, 85 və 130 kq çəki dərəcəsində mübarizə gedib.

Azərbaycan yığması bütün çəki dərəcəsində təmsil olunub.

66 kq çəkidə dünya və Avropa çempionumuz Həsən Əliyev ilk görüşündə gürcüstanlı Saçino Davitayanı 4:2 hesabı ilə məğlub edib. Pəhləvanımız 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçə 5:0, 1/4 finalda isə  Mixail Simyonova (Belarus) 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda Ermənistan güləşçisi Miqran Arutyunyana uduzub - 5:8. İdmançımız bürünc medal uğrunda serbiyalı Aleksandr Maksimoviçlə güləşib. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Həsən Əliyev yığmamıza 11-ci medalı qazandırıb.
 
75 kq çəkidə yığmamızın üzvü Elvin Mürsəliyev ilk döyüşündə slovakiyalı Riçard Riqoya asanlıqla qalib gəlib - 8:0. 1/8 finalda rumıniyalı İonel Puskasunu məğlub edən idmançımız 1/4 finala yüksəlib. Burada rusiyalı Çingiz Labazanovu 4:2 hesabı ilə məğlub edən Elvin yarımfinalda gürcü idmançı Zurabi Datunaşvili ilə qarşılaşıb. Bu döyüşdə əzmkar qələbə qazanan (3:2) güləşçimiz finala yüksəlib. Elvin finalda serbiyalı Viktor Nemeslə qarşılaşıb. Bu görüşdə rəqibinə 5:1 hesabı ilə qalib gələn güləşçimiz yığmamıza 6-cı qızıl medalı qazandırıb.

85 kq çəkidə millimizin liderlərində olan Saman Təhmasibi ilk döyüşdə italiyalı Fabio Parisi (İtaliya) ilə qüvvəsini sınayıb. Güləşçimiz 1/4 finalda Ermənistan təmsilçisi Maksim Manukyanla qarşılaşıb. Görüş rəqibin 9:0 hesablı qələbəsi ilə başa çatıb. Manukyan finala yüksələ bilmədiyindən, Təhmasibi Oyunlara erkən vida edib.
 
130 kq çəkidə mübarizə aparacaq  idmançımız Sabah Şəriəti 1/8 finalda Mikola Kuçmi ilə güləşib. Rəqibinə  8:0 hesabı ilə qalib gələn pəhləvanımız  1/4 finala yüksəlib. O, yarımfinala vəsiqə uğrunda Yakobi Kajaya (Gürcüstan) qüvvəsini sınayıb və 5:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda belaruslu İosib Çuqoşvilini məğlub edərək (5:0) finala yüksəlib. Milliləşdirilmiş güləşçimiz həlledici görüşdə rəqibi türkiyəli Riza Kayaalpa uduzub və gümüş medalla kifayətlənib.

Xatırladaq ki,  yunan-Roma güləşi üzrə yarışın yarışın ilk günündə idmançılarımızdan Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medal qazanıb.

Daha çox


Son xəbərlər