"Bakı-2015": Ukrayna Milli Olimpiya Komitəsi bəyanat yaydı

"Bakı-2015": Ukrayna Milli Olimpiya Komitəsi bəyanat yaydı
BAKI-2015 12 İyun 2015 / 16:40 4159
-  A +

Ukrayna Milli Olimpiya Komitəsi bəyanat yayıb.

Qol.Az-ın xəbərinə görə, bəyanatda "Bakı-2015" I Avropa Oyunlarının Atletlər Kəndində ukraynalı idmançılarla Rusiya yığmasının üzvləri arasında hər hansı qalmaqalın baş vermədiyi bildirilir.

“Bakıda keçirilən I Avropa Oyunlarında çıxış edən Ukrayna millisinin qərargahı bəyan edir ki, ukraynalı idmançıların davada iştirakı ilə bağlı Azərbaycanın elektron nəşri “haqqın.az”da peyda olan, sonradan Ukrayna və xarici KİV-lərdə dərc edilən xəbər həqiqəti əks etdirmir. Avropa Oyunlarının Təşkilat Komitəsi, Ukraynanın Azərbaycandakı səfirliyi, Azərbaycanın səlahiyyətli təhlükəsizlik orqanları tərəfindən belə münaqişə ilə bağlı heç bir fakt qeydə alınmayıb”.

Daha çox


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq