AFFA-nın baş katibi Elxan Məmmədov "Avro-2016"nın seçmə mərhələsində millimizin Norveçlə keçirəcəyi oyunöncəsi jurnalistlərin suallarını cavablandırıb. Qol.Az-ın Osloya ezam olunan əməkdaşının məlumatına görə, o, bir sıra məsələlərə toxunub.
- Mətbuat konfransında həm baş məşqçi, həm də futbolçular yetərincə inamlı açıqlamalar verdi. Bu inam üçün əsas var?
- Bəli. Çünki seçmə mərhələnin son oyununda millimiz Bakıda inamlı oynadı və Maltanı məğlub edərək 3 xal qazandı. Komandamız görüşə tam hazırdır. Bu axşam 3 xal əldə edəcəyimizə inanırıq.
- Standart vəziyyətlərdən qol buraxmaq sindromunu qıra bilməmişik. Serbiya ilə görüşdə bunun bir daha şahidi olduq. Norveçin atletik futbol sərgilədiyini nəzərə alsaq, nəyəsə ümid etmək olar?
- Yoxlama oyunu vacib olsa da, nəticəsi önəmli deyil. Məşqçi futbolçuları belə görüşlərdə sınaqdan keçirir. Nəticədə müvafiq qərar qəbul edir və münasib heyəti qurur. Təbii ki, həmişə komandamızın qalib gəlməsini istəyirik. Lakin rəsmi oyunda nəticə daha vacibdir. Serbiyaya məğlub olsaq da, sabah yaxşı nəticə qazana bilərik.
- Konkret olaraq hansı futbolçudan qol gözləyirsiz?
- Dmitri Nazarov və Cavid Hüseynovu fərqləndirmək olar. Ancaq digərlərinin də qol vurmasını istərdim.
- Bu gün ilk Avropa Oyunlarının açılış mərasimi olacaq. Sizcə, millimizin oyunu ilə bu tədbirin eyni günə düşməsi müsbət, yoxsa mənfi haldır?
- Bizim üçün mənfi haldır. Çox istərdik ki, oyunu fərqli tarixdə keçirək. Amma təqvim öncədən müəyyənləşmişdi. Əvvəlki seçmə mərhələlərdə oyun gününü dəyişməklə bağlı danışıq aparmağa icazə verirdilər. Ancaq indi vəziyyət fərqlidir. Həm Norveç, həm də biz yoxlama oyunları keçirmək üçün başqa komandalarla danışıqlar aparırdıq. Təəssüf ki, qarşılaşma iyunun 12-sinə təsadüf etdi. Çox istərdik ki, bu gün ölkəmizdə olaq və açılış mərasimini canlı izləyək. Bu tədbiri heç olmasa televiziya vasitəsiylə izləməyə çalışacağıq. Yığmamız adından Avropa
Oyunlarında iştirak edəcək bütün idmançılarımıza uğurlar arzulayıram.
- Yığmamızı neçə azarkeş dəstəkləyəcək?
- AFFA 300 bilet alıb və həmyerlilərimizə paylayıb. Bu azarkeşlər Norveç və ona qonşu olan ölkələrdən gələcək. Burada fəaliyyət göstərən səfirlik və Azərbaycan Mədəniyyət Evi ilə əlaqə saxladıq və onların vasitəsiylə 300 bileti payladıq.
- Sizcə, rəqibi necə təəccübləndirə bilərik? Hansı cəhətlərdə onlardan üstünük?
- Rəqib güclü komandadır. İsveçlə yoxlama matçında sürətli oyun nümayiş etdirdilər. Onların üstünlüyü elə bu sürətdədir. Biz isə texniki imkanlarımıza güvənirik.
- Bu yaxınlarda futbolun inkişafına dair növbəti proqramı hazırlamısız. Bu proqramın detalları haqda məlumat vermənizi istərdik...
- Proqramda dövlət dəstəyi əksini tapıb. Artıq müvafiq dövlət strukturlarıyla danışıqlar aparırıq. Onların tövsiyyələri də nəzərə alınıb. Bəzi dəyişikliklər edilib. Proqram təsdiqlənmədiyi üçün detalları açıqlamaq istəmirəm.
- Qazaxıstan mətbuatı yığmalarının millimizlə yoxlama oyunu keçirəcəklərini yazmışdı? Bu xəbər nə dərəcədə doğrudu?
- Bu ayın əvvəlində Qazaxıstan Futbol Federasiyasından Almatıda yoxlama oyunu keçirmək təklifi aldıq. Təklif bizim planımıza uyğun deyildi. Avrokuboklarda iştirak edən klublarımızın hazırlıq prosesinə xələl gətirməmək üçün bu təkliflə razılaşmadıq. Yəqin ki, gələn il qazaxlarla yoxlama oyunu keçirəcəyik.
- Avqust ayında yoxlama oyunu ilə bağlı hansı variantlar var?
- Bununla bağlı danışıqlar gedir. Bildiyiniz kimi, sentyabrda 2 seçmə oyuna çıxacağıq. Həm evdə, həm də səfərdə oynayacağıq. Bu səbəbdən avqustdakı yoxlama matçının evdə və ya səfərdə keçirilməsinin böyük fərqi yoxdur. Yaxşı rəqiblə anlaşsaq, səfərdə də oynamaq olar.
- Avropa Oyunlarında çimərlik yığmamızdan nə gözləyirsiz?
- Komanda bu yarışa 3 ildir hazırlaşır. Avropa Oyunlarında qitənin ən güclü milliləri çıxış edəcək. Bizim yığmamız yeganə komandadır ki, bir legioneri belə yoxdur. Əcnəbi yalnız baş məşqçimizdir. 2009-cu ildə çimərlik futbolunun inkişafına başladıq. Braziliyalı mütəxəssislə anlaşmamız "Bakı-2015"ə qədərdi. Bu yarışda uğurlu nəticə qazansaq, onunla birgə yolumuza davam edəcəyik. Hədəf isə minimum 3-cü yeri tutmaqdır. Hərçənd bu heç də asan olmayacaq.
Vüsal HÜSEYN,
Oslo
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq