"Bakı-2015": Daha 12 ölkənin idmançıları Bakıya gəldi

"Bakı-2015": Daha 12 ölkənin idmançıları Bakıya gəldi
BAKI-2015 12 İyun 2015 / 00:30 2571
-  A +

Birinci Avropa Oyunlarında iştirak edəcək Almaniya, İsveçrə, İsveç, Ukrayna, Kipr, Polşa, Monteneqro, Estoniya, Hollandiya, Slovakiya, Macarıstan və İslandiya idmançıları da iyunun 11-də Azərbaycana gəliblər.

Qol.Az-ın “Azərtac”a istinadən yayadığı xəbərə görə, əcnəbi atletləri Heydər Əliyev Beynəlxalq Aeroportunda “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri və könüllülər qarşılayıblar. Komandalar onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər Kəndinə yola salınıb.

“Bakı-2015” birinci Avropa Oyunlarını işıqlandıracaq jurnalistlərin daha bir qrupu da Azərbaycana gəlib. Xarici media nümayəndələri xüsusi avtobuslarla Media Kəndinə aparılıb.

“Bakı-2015” Əməliyyat Komitəsinin Heydər Əliyev Beynəlxalq Aeroportunda yaratdığı xüsusi qərargah bütün gün ərzində fasiləsiz fəaliyyət göstərir.

Daha çox


Son xəbərlər
15.09.25  16:51

FİFA-dan yeni qərar

15.09.25  10:58

“Turan Tovuz”da ilk