"Avro-2016"nın seçmə mərhələsində sabah Norveçlə qarşılaşacaq millimizin baş məşqçisi Robert Prosineçki bu gün mətbuat konfransı keçirib.
Qol.Az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis rəqibdən qorxmadıqlarını bildirib:
- Bildiyiniz kimi 8 gündür ki, tam heyətlə hazırlaşırıq. Kubokun final oyunu ilə əlaqədar "Qarabağ" və "Neftçi" düşərgəyə gec qoşulub. Yaxşı hazırlıq keçmişik. Rəqibə hörmətlə yanaşırıq, ancaq qorxmuruq. İnanıram yaxşı oynayacağıq. Hazırlıqğımızı nəzərə alaraq səfərdən yaxşı nəticəyə ilə qayıdacağımıza inanıram. Yoldaşlıq oyun keçirdik. Həmin oyundan razı qaldım.
- Serbiya ilə oyunda gördük ki, komanda standart vəziyyətlərdən çox qol buraxdı. Sabahkı rəqibimiz də əsasən atletik futbol nümayiş etdirir. Bunun qarşısını almaq üçün hansı tədbirlər görmüsünüz?
- Sebiya ilə oyundan sonra futbolçularla danışdım. Oyunu analiz etdik. Harada səhvlərə yol verdiyimizə baxdıq. Yenə də söhbətimiz olacaq. Rəqibimiz əsasən ucaboy futbolçulardan təşkil olunub və standart vəziyyətlərdən yaxşı oynayırlar. Fərdi olaraq inamlı oynasaq və matça düzgün köklənsək, yaxşı nəcitə qazanacağıq. Serbiya ilə oyunda ilk hissədə yaxşı oynadıq. Sabah da belə oynasaq, səfərdə uğurlu nəticə qazanacağıq.
- Dmitri Nazarov son oyunlarda qol vurması ilə diqqət çəkir. Vacib qollar vurub. Norveçlə oyunda da komandanın əsas qol ümidi Nazarov olacaq?
- Razıyam, Dmitri son oyunlarda yaxşı təsir bağışlayır. Malta və Serbiya ilə görüşlədə qollar vurub. Ümid edirəm ki, Nazarov sabah da qol vuracaq. Ancaq kimin qol vurmağı önəmli deyil. Əsas komandanın qələbə qazanmasıdır. Əsas qol vəziyyətləri yaratmaq və bundan maksimum yararlanmaqdır.
- Premyer Liqanın bombardiri Nurlan Novruzovun yığmaya dəvət olunmaması mətbuatda çox müzakirə olunur. Buna necə aydınlıq gətirərdiniz?
- Bu suala artıq bir neçə cavab vermişəm. Bunu yenə təkrarlamaq istəmirəm. Sözsüz ki, qol vuran futbolçu hər komanda üçün önəmlidir. Yenə deyirəm mənim sistemimə uyğun deyil.
- Prosineçki hər oyundan öncə start heyətini açıqlayır. Bu dəfə də belə olacaq?
- Siz istəyirsinizsə, açıqlaya bilərəm. Təbii ki, biz Norveç millisini analiz etdiyimiz kimi rəqib də bizi izləyib. Onlar haqda məlumatlarımız var. Ola bilsin ki, həm rəqibimizdə, həm də bizdə müəyyən dəyişikliklər olsun. Lakin sabahkı oyunun heyəti belədir: Kamran Ağayev, Arif Daşdəmirov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedyev, Qara Qarayev, Rahid Əmirquliyev, cavid Hüseynov, Əfran İsmayılov, Ruslan Qurbanov, Dmitri Nazarov.
- Rəqibin heyətində Martin Edeqora xüsusi diqqət olacaq?
- Rəqib zəif deyil. Almaniyada, "Seltik"də oynayan futbolçuları var. Martin Edeqor "Real"ın futbolçusudur. Madrid klubu onu heç nədən almayıb. Son oyunlarda təhlükəli vəziyyətləri elə Edeqor yaradıb. Lakin sabah təkcə ona yox, digər futbolçulara da diqqət yetirməliyik.
Vüsal HÜSEYN, Oslo
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq