“Bakıda təhlükəsizliyimiz yüksək səviyyədə təmin olunub” – Karen Qiloyan

“Bakıda təhlükəsizliyimiz yüksək səviyyədə təmin olunub” – Karen Qiloyan
BAKI-2015 11 İyun 2015 / 17:20 5289
-  A +

“Avropa oyunlarında iştirak etmək üçün Bakıya gələn Emənistan nümayəndə heyətinin mətbuat katibi Karen Qiloyan Azərbaycanda təhlükəsizliklərinin təmin edildiyini bildirib.

Qol.Az-ın məlumatına görə, o, ölkəsinin mətbuatına açıqlamasında erməni idmançıların valideynlərinə müraciət edərək narahatlığa gərək olmadığını deyib:

“Ermənistanın nümayəndə heyəti artıq Bakıdadır. Bizim təhlükəsizliyimiz yüksək səviyyədə təmin olunur.  İdmançılarımızın valideynlərini və yaxınlarını əmin etmək istəyirəm ki, təhlükəsizlik sarıdan problem yoxdur. Heyətində bir erməni idmançısı olan İsveç millisi ilə eyni binada qalırıq. Almaniya, Finlandiya, Portuqaliya, İsveçrə, Türkiyə və Macarıstan komandaları bizimlə bir məhəllədə yerləşib”.

Xatırladaq ki, sabah start götürəcək I Avropa Oyunlarında 18 erməni idmançısı iştirak edəcək. Onlar idmanın boks, güləş, atıcılıq, sambo, cüdo növləri üzrə yarışacaqlar.

Daha çox


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?